“Mənə göstərilən etimadı həmişə doğrultmağa çalışacağam” Müsahibə

26.03.2013 | 4826 dəfə oxunub

"İnter"in gənc futbolçusu "Forvard" elektron jurnalına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir: 

- Öncə futbola gəlməyin barədə məlumat verməyini xahiş edirik.

-11 yaşımdan futbolla məşğul oluram. İlk məşqlərə Bərdə rayonunda başlamışam. Sonra “İnter” klubuna baxışa gəldim və 15 yaşlılardan ibarət komandaya qəbul edildim.
 
-İlk məşqçin kim olub və həmin çalışdırıcının sənin sonrakı karyeranda rolu nədən ibarət olub?
 
- İlk məşqçim Şakir müəllim olub. 4 il onun məşq etmişəm. “İnter”də isə Xəyyam Bəkirovun rəhbərliyi altında məşq etməyə başlamışam. Hər ikisinin də karyeramda boyük rolu olub.
 
- 11 yaşında futbola gələndə heç düşünmüşdün ki, gələcəkdə peşəkar futbolçu olacaqsan?
 
-Etiraf edim ki, “İnter” klubunu hələ uşaq vaxtlarımdan çox bəyənirdim. İndi sevdiyim komandada oynayıram. Amma əsas komandada oynayacağımı ağlıma gətirməmişdim. Şükür, indi əsas heyətdə oynamaq imkanını əldə etmişəm.
 
- “İnter”ə olan xüsusi münasibətin nə ilə bağlı idi?
 
-Bərdənin komandasında çıxış edərkən  keçirilən turnirlərin birində “İnter” komandası çempion oldu. “İnter” komandası çox yaxşı oyun nümayiş etdirdi. O zaman həmin komandadan çox xoşum gəldi və o vaxtdan məndə “İnter”ə qarşı xüsusi maraq oyandı.
 
- Bərdədən Bakıya gələndə müəyyən çətinliklərin oldu?
 
-Ailəm Bərdədə qalır, buna görə də Bakıda iki il qohum evində qaldım.
 
-Amma bu mövsüm vəziyyət sənin üçün yaxşılığa doğru dəyişdi və artıq “İnter”in əsas komandasında çıxış edirdən. Sirr deyilsə, bu uğurun nə ilə bağlıdır?
 
-Məşqlər və ən çoxda nizam-intizam sayəsində əsas heyətə cəlb olundum. Mən hesab edirəm ki, yaxşı oynamaqla yanaşı, nizam-intizama da yüksək diqqət ayırmaq lazımdır.
 
-“İnter”in heyətində “Xəzər-Lənkəran”la qarşılaşmada ilk dəfə meydançaya çıxmısan. Həmin oyunu necə xatırlayırsan?
 
-İlk oyunum idi və birinci oyundan çox şey asılı idi. Şükür, həmin matç yaxşı keçdi və yavaş-yavaş oymağa başladım. Mənə şans verdiyinə görə baş məşqçiyə minnətdarlığımı bildirmək istəyirəm və mənə göstərilən etimadı həmişə doğrultmağa çalışacağam.
 
-Kaxaber Tsxadadze ölkəmizdə çalışan ən yaxşı mütəxəssislərdən biri hesab edilir. Onun rəhbərliyi altında oynamaq necədir?
 
-Təcrübəli məşqçinin rəhbərliyi altında işləmək həmişə məsuliyyət və diqqət tələb edir. Oyunlarda və məşqlərdə onun tapşırıqlarını maksimum dərəcədə yerinə yetirməyə çalışıram. Kaxaber Tsxadadze peşəkar məşqçisir, həm də yaxşı da insandır. Mənim futbolçu kimi formalaşmağıma çox kömək edir.
 
-“İnter”in heyətində keçirdiyim oyunlardan ən yadda qalanı hansıdır?
 
- Ən yadda qalan oyun kimi “Xəzər-Lənkəran”la səfərdə baş tutmuş qarşılaşmanı qeyd edə bilərəm.
 
-Nəyə görə məhz bu oyun?
- Ona görə ki, çox vacib matç idi. Gözəl qollar vuruldu, çətin və maraqlı qarşılaşma oldu.
 
-Yeri gəlmişkən, Azərbaycanının müxtəlif yaş kateqoriyaları üzrə yığma komandalarda çıxış etmisən. Bu barədə məlumat varməyini xahiş edirik.
 
-U-17 və U-19 komandalarında çıxış etmişəm. Hazırda U-21 komandasına dəvət alıram.
 
-U-21 komandasına artıq ikinci dəfədir dəvət alırsan. Komandaya alışa bilmisən?
 
-Burada yaxşı kollektiv var, artıq komandaya uyğunlaşmışam.
 
-Sən dayaq müdafiə mövqeyində çıxış edirsən. Maraqlıdır, nəyə görə məhz bu ampluanı seçdin?
 
- Məşqçilər bu mövqedə daha yaxşı oynayacağımı bildirdilər. Mən də mövqeyimdə yaxşı oynamağa çalışıram.
 
- Hansı futbolçudan xoşun gəlir və hansı xarici kluba azarkeşlik edirsən?
 
-İngiltərə çempionatından xoşum gəlir. Oyunçulardan isə Xabi Alonsonu bəyənirəm.
 
- “İnter” bu mövsüm də yüksək yerlər uğrunda mübarizə aparır. Komandanın şansını necə qiymətləndirirsən?
 
- Komandamız çempionluq uğrunda mübarizə aparır. İnşallah, cari mövsüm yaxşı oynayıb, məqsədimizə çatarıq. Buna mən inanıram. Təbii ki, güclü olan komanda çempion olacaq, mən də istəyirəm ki, həmin komanda “İnter” olsun!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail