"Rəvan"ın futbolçusu Tunisə qarşı 90 dəqiqə oynadı

25.03.2013 | 3888 dəfə oxunub

"Rəvan” futbol klubunun üzvü Samuel Barlayın təmsil etdiyi Syerra Leonenin əsas millisindən dəvət aldığını xəbər vermişdik. Stadium.az klubun rəsmi interet saytına istinadən xəbər verir ki, artıq mütəmadi olaraq yığma komandaya cəlb olunan yarımmüdafiəçi növbəti oyuna çıxıb.

Belə ki, Barlay 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə turniri çərçivəsində Syerra Leone milli komandasının Tunislə görüşündə iştirak edib. İsveçlı baş məşqçi Lars-Olof Mattsson "Rəvan"ın üzvünə 90 dəqiqə boyunca güvənib. Samuel isə komandasının meydandakı ən fəal üzvlərindən biri, bəlkə də birincisi olub.

Oyuna gəlincə, Radesdə baş tutan qarşılaşmada Tunis 2:1 hesabı ilə qalib gələrək dünya çempionatının final mərhələsinə doğru daha bir addım atıb. İndi 3 turdan sonra Tunis milli komandasının hesabında 9 xal var. Syerra Leone və Ekvatorial Qvineye yığmaları isə 4 xalla 2-3-cü yerləri bölüşür. Onu da qeyd edək ki, Barlayın komandası seçmə turnirdə növbəti oyununu iyunun 7-də keçirəcək: təxminən iki ay yarımdan sonra Syerra Leone evdə məhz Tunis millsini qonaq edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail