Foqts: "Portuqaliya yığmasına qalib gəlmək istəyirik"

25.03.2013 | 4496 dəfə oxunub

Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Portuqaliya milli komandasının qəbul edəcək yığmamızın baş məşqçisi Berti Foqts bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, almaniyalı mütəxəssis əvvəlcə hazırlıq barədə danışıb.

- Hazırlıqdan razıyam. Bilirik ki, bizi sabah dünyanın ən güclü yığmalarından biri ilə oyun gözləyir. Vaqif Cavadovun budunda zədəsi olduğuna görə heyətdə olmayacaq. 

- Lüksemburqla oyunda cinahlar fəal deyildi. Bir sıra futbolçularda oyun praktikası yoxdur. Ancaq formada olan Araz Abdullayev dəvət almır. Bu prinsipi aparmaq nə ilə bağlıdır?
- Araz barədə hər şeyi danışmışam. O, milliyə niyə görə almadığını bilir. O, Avroliqada çox az oynayıb. Daxili çempionatla beynəlxalq matçlar fərqlidir. 

- Cihan klubunda oynamır. Belə söhbət gəzir ki, Özkaranın meneceri sizinlə dost olduğuna görə milliyə çağırılır?
- Mən Cihanın menecerini tanımıram. Belə olan halda, necə bunu deyə bilərsiniz. Elə şeylər danışırsınız ki...

- Lüksemburqla oyunda Rəşad Sadiqovun yorulduğu açıq görünürdü. Ancaq formada olan Elvin Məmmədovu oynatmıdınız. Rəşadın yerinə neçə vaxtdır oynamayan Cihanı niyə buraxdınız?
- Həmin vaxt rəqib yorulduğuna görə yarımmüdafiəçi yox, hücumçu buraxmaq istədim. Buna görə Özkaranı meydana buraxdım. Elvinin səviyyəsinə bələdəm.

- Portuqaliya yığmasında olan itkilər lehimizə olacaq, yoxsa əleyhimizə?
- Ronaldo, Naninin oynamamağı işimizi çətinləşdirir. Çünki oynayanda, diqqət onlara olacaq. Bu dəfə 11 nəfərin hamısı diqqət mərkəzində olacaq. 

- AFFA millinin ardıcıl 2 oyun keçirəcəyini nəzərə alaraq, 13 günlük təlim-məşq toplanışı təşkil etdi. Buna görə çətinliklər bəhanə gətirməməlidir. Özü də klublar belə uzun müddətli toplanışlara etiraz etdi... 
- O biri ölkələrlə müqayisədə bizdə hazırlığıa neçə gün hazırlıq vardı? Martda 2 oyun keçirmək AFFA-nın yox, FİFA-nın qərarıdır. Biz digər ölkələrlə müqayisədə 3 gün tez yığışmışıq. Bu da klubların hazırlığından narazı olmağımla bağlıdır. Çox işləyəndə tənqid edilməyi düzgün saymıram. Əvvəlki oyunlarda bəxt, hakim səhvlərini nəzərə alsaq, indi 8 xalımız olmalı idi. 

- Portuda keçirilən mətbuat konfransında Portuqaliya yığmasından çox şey öyrənməli olduğumuzu, Bakıda sensasiya edə biləcəyimizi demişdiniz. Bu dəfə meydana öyrənmək, yoxsa sensasiya etmək üçün çıxacaqsınız?
- Ümid edirəm ki, sürpriz etməyə çıxacağıq. Dediklərimdə diqqətli olmalıyam. Sabah sürpriz olmasa, oyundan sonra mətbuat konfransında ilk sualınız bu olacaq. Biz nəticə üçün çıxacağıq. Portuqaliya yığmasına qalib gəlmək istəyirik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail