"Bakı" "Rəvan"a qalib gəldi

23.03.2013 | 5104 dəfə oxunub

Milli komandaların FİFA 2014 Dünya Çempionatının seçmə oyunlaırnda iştirakı ilə əlaqədar yaranmış fasilədən yararlanan  "Bakı" bu gün səfərdə "Rəvan"la qarşılaşıb. Stadium.az "Bakı"nın rəsmi saytına istinadən xəbər verir ki, "zolaqlılar" yoxlama oyununa aşağıdakı heyətdə çıxıb: Edin Nuredineski, Edemir Rodrigez, Elvin Əliyev, Əziz Quliyev, İbrahim Karqbo, Risto Ristoviç, Ferdi Elmas, Junior, Horvat, Rəhman Hacıyev, Pena Marius.

Oyunda hesabı "Bakı" açıb. Risto Ristoviç "Bakı"nı hesabda irəli çıxarıb. Meydan sahibləri bu qolun cavabını 11 metrlik cərimə zərbəsindən sonra veriblər. Zərbəni dəqiq yerinə yetirən "Rəvan" hesabı bərabərləşdirib. Oyunda son nöqtəni isə Rəhman Hacıyev qoyub. Onun qolu sayəsində yoxlama oyunu "Bakı"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İkinci hissədə "Bakı"nın heyətində bir neçə dəyişiklik baş verib. Bojidar Bandoviç təcrübəli oyunçularla yanaşı meydana əvəzedici heyətdən cəlb etdiyi 3 futbolçu buraxıb. Aqil Məmmədov çərçivəni Nuredineskidən təhvil alıb. Aleksandar Şoliçlə bərabər Raul Yaqubzadə, Tural Qürbətov və Vadim Abdullayev oyuna qoşulublar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail