Bentu: "Bakıdakı oyun çox çətin olacaq"

22.03.2013 | 4387 dəfə oxunub

"Komandamız erkən qola düzgün reaksiya vermədi. Biz oyunun tempini aşağı saldıq və müdafiədə kifayət qədər aqressiv çıxış etmədik ki, bu da iki qol buraxmağımıza səbəb oldu". Stadium.az xəbər verir ki, bu sözləri İsraillə oyundan sonra (3:3) Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentu deyib.

P.Bentu Bakıda millimizə qarşı keçirəcəkləri oyunun çətin keçəcəyini bildirib: "Komandamız bu gün qələbə qazanmaq üçün kifayət qədər təhlükəli epizod yaratmağı bacardı. Amma həmin şanslardan faydalana bilmədik. Bizdən fərqli olaraq, İsrail əlinə düşən imkanlardan yararlandı. Bu, psixologiyadan irəli gəlir. Mən futbolçularla bu haqda danışmışdım.

Biz bu heç-heçədən dərs çıxarmalıyıq. Oyunçularım növbəti oyuna kimi bərpa olunmalıdırlar. Tezliklə bizi daha bir çətin oyun gözləyir. Həmin görüşdə bugünkü səhvləri təkrarlaya bilmərik. Bu, çox çətin oyun olacaq və biz taktiki cəhətdən müəyyən dəyişikliklər etməliyik".

Xatırladaq ki, Portuqaliya millisi növbəti oyununu martın 26-da Bakıda millimizə qarşı keçirəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail