Lüksemburq - Azərbaycan: jurnalistlər nə düşünürlər?

22.03.2013 | 6475 dəfə oxunub

Bu gün milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Yığmamız səfərdə Lüksemburqun qonağı olacaq. Bu oyun haqda futbol mütəxəssisləri, yığma üzvləri kifayət qədər danışıblar. Bəs, görəsən millimizin oyunu haqda idman jurnalistləri nə düşünürlər? Futbolxeber.az saytı Lüksemburq - Azərbaycan oyunu ilə bağlı mətbuat nümayəndələrinin fikirlərini öyrənib. Stadium.az həmin materialı təqdim edir:

Vüsal Gözəlov (Stadium.az saytının baş redaktoru):"Lüksemburqun adına baxmayaraq, onların milliləri ilə bizim komandamız arasında böyük fərq yoxdu. Düzdür, bizim çempionatımız və futbolumuz daha üstün səviyyədədir. Hər halda biz belə düşünürük. Lakin Lüksemburqun Şimali İrlandiya və Portuqaliyaya qarşı keçirdikləri oyunlar göstərdi ki, Lüksemburq yığması heç də zəif deyil. Bizə uyğun komandadı. Lakin istənilən halda, düşünürəm ki, millimiz qələbə qazanacaq. Azərbaycan millisi Lüksemburqdan qələbə ilə dönsə, buna sevinə bilər. Azərbaycanlı kimi mən millimizin qələbəsinə inanıram. Proqnozum belədir ki, hesab 1:0 millimizin xeyrinə olacaq".

İlqar Tağıyev (Het-trik news qəzetinin baş redaktoru): "Kağız üzərində Lüksemburqdan "1 baş" üstün görünsək də, əslində hər iki komanda eyni səviyyəyə malikdi. Oyunun nəticəsi hesabı kimin və nə vaxt açmasından çox asılı olacaq. Əgər ilk qolu rəqib vurarsa, təbii ki, millimiz hesabda tarazlıq yaratmaq üçün irəli atılacaq. Belədə ən yaxşı halda, heç-heçəyə ümid etmək olar. Yəni, hesabda geri düşən komandamızın qələbə qazanmasını real hesab etmirəm. Yox, əgər hesabı bizimkilər açarsa, bu başqa məsələ. Amma bir şərtlə, Şimali İrlandiya ilə oyunda olduğu kimi qorxaq futbol nümayiş etdirməsinlər. Oyunun nəticəsinə gəldikdə, bayaq qeyd etdiyim kimi, ilk qolun nə vaxt vurulacağı oyunun kimin xeyrinə başa çatmasını böyük ölçüdə həll etmiş olacaq. Fikrimcə, birinci hissədə qeydə alınan nəticə matçın sonuna kimi dəyişməz qalacaq. Millimizə uğurlar arzulayıram. Ümid edirəm ki, Portuqaliya ilə oyundan öncə Vətənə üzüağ dönə biləcəklər. Amma nəzərə alaq ki, futbolda hər şey mümkündü və bu üzdən proqnoz vermək həmişə çətin olur. Oyunun nəticəsi - Lüksemburq - Azərbaycan 1:2".

Rüstəm Əzimov (1news.az xəbər portalının əməkdaşı): "Mən hesab edirəm ki, bu gün bizim milli komandamız qələbə qazanacaq. Konkret nəticəyə gəldikdə isə, 1:3 hesabı ilə bizim yığmamız qalib gələcək".

Sənan Şəfizadə (ATV kanalının əməkdaşı): “Çoxları Lüksemburq millisi haqda tamam başqa fikirdədi. Hamı elə blir ki, millimiz asanlıqla yaxşı nəticə qazana biləcək. Amma Lüksemburqun son oyunlarına diqqət yetirsək görərik ki, bu gün biz Avropa futbolu oynaya bilən bir komandaya qarşıyıq. Necə ki, bizim nəzərimizdə Lüksemburq zəif təsir bağışlayır, eləcə də onlar bizim milli haqqında belə düşünürlər. Foqts artıq 6 ilə yaxındı ki yığmamıza rəhbərlik edir. Artıq səfərdə qələbə qazanmaq vaxtıdı. Rusiya, Portuqaliya ilə də müdafiə futbolu oynayaq, Lüksemburqla da? Əlbəttə ki, bu tamamilə yalnış taktikadı. Millimizin istənilən hesablı qələbəsinə inanıram. Mənə elə gəlir ki, hesab 1-2 xeyrimizə olacaq”.

Tural Dadaşov (İTV kanalının əməkdaşı): "Milli komandamızdan qələbə gözləyirəm. Fikrimcə, yığmamız bu gün 2:0 hesabı ilə qalib gələcək".

Kənan Məstəliyev (Komanda qəzetinin əməkdaşı): "Lüksemburqun qrupda keçirdiyi oyunlara baxanda görərik ki, bu komanda hətta güclü rəqiblərə belə problem yarada bilən komandadı. Ancaq biz də FİFA reytinqində geriləməyimizə baxmayaraq, Lüksemburqa qarşı müqavimət göstərib, qələbə qazana bilərik. Düşünürəm ki, artıq Foqtsdan qələbə tələb etməyin zamanıdı. Çünki indiyədək  millimizdə çalışan məşqçilər arasında heç kimə belə yüksək qayğı göstərilməyib. Foqtsun aylıq maaşı Şahin Diniyevin keçmişdə aldığı bir illik məvacib qədərdi. Bəlkə də bu qayğı Şahin Diniyevə göstərilsəydi, millimiz bu vaxta qədər daha çox uğur qazanmış olardı. Əlbəttə, səfərdəki heç-heçə faciə sayılmamalıdı, amma biz qələbə üçün oynamalıyıq. Müdafiə xəttimiz o qədər də güclü təsir bağışlamır, bu səbəbdən qol buraxmayacağımıza inanmıram. Məncə, 1-2 hesabıyla qələbə qazanacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail