Foqts: "Sabah kim daha az səhv etsə, o da qalib gələcək"

21.03.2013 | 4717 dəfə oxunub

“Hazırlıq artıq sona çatdı. Bu gün son məşqimiz olacaq. Məşq prosesindən çox razı qaldım. Çətin məşqlərə baxmayaraq, futbolçular böyük həvəslə çalışıblar. Lakin həmişə demişəm ki, məşqlə oyun fərqlidir. Futbolçular özlərini oyunda göstərməlidirlər". Stadium.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Bu gün Lüksemburqla oyunqabağı keçirdiyi mətbuat konfransında sabahkı oyun haqda danışan alman mütəxəssis qeyd edib ki, rəqibi ətraflı təhlil ediblər: "Lüksemburq millisinin hansı nəticələr əldə etdiyini, Portuqaliya yığmasına necə çətin anlar yaşatdığını, digər oyunlarda yaxşı təsir bağışladığını bilirik. Sabah kim daha az səhv etsə, o da qalib gələcək. Lüksemburq yığmasının gənc baş məşqçisi var. Portuqaliya millisinə uduzduqları oyunda heç-heçə etməli idilər. İsrail yığmasına qarşı pis oynayıblar. Hər şeyi təhlil etmişik. Rəqibin zəif tərəflərini deməyəcəm, çünki bundan istifadə etmək istəyirik. Lüksemburq yığmasında hücumçuları fərlqəndirərdim. Yeri gəlmişkən, Azərbaycan xalqını Novruz bayramı münasitəilə təbrik edirəm”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail