"Rəvan" "Bakı" ilə qarşılaşacaq

19.03.2013 | 5029 dəfə oxunub

"Rəvan” futbol klubu çempionatın qalan bölümünə hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, bu gün komanda 2 məşqə çıxıb. Səhər hazırlığında futbolçular daha çox fiziki məşğələlərə üstünlük verib. Fiziki hazırlıq üzrə məşqçimiz Rastislav Svitskinin bilavasitə nəzarətdə saxladığı məşqdə oyunçuların çatışmayan cəhətləri üzərində ciddi işləməsi daha çox diqqət çəkib. Təxminən 1 saatlıq hazırlıqdan sonar futbolçular istirahətə buraxılıb.

Amma bir neçə saatlıq. Çünki saat 16:00-da komanda günün ikinci məşqinə çıxıb. Bu dəfə futbolçular ənənəvi isinmə hərəkətlərindən sonra daha çox topu özündə saxlama, topa sahibolma, standart vəziyyətlər və qapıya zərbələr üzərində işləyib. Bayram ərəfəsində futbolçuların yüksək əhval-ruhiyyədə olduğu dərhal sezilib.

Qeyd edək ki, "Rəvan" bayram günlərində də məşqlərə ara verməyəcək. Özü də gündə 2 dəfə hazırlıq keçəcəklər. Martın 23-də isə "Rəvan” yoldaşlıq oyunu keçirəcək. Rəqib əvvəlcədən gözlənildiyi kimi "Neftçi” yox, "Bakı” olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail