Marius Pena: "Azərbaycan dilini öyrənmək çox çətindi"

19.03.2013 | 6090 dəfə oxunub

"Bakı"nın rumıniyalı hücumçusu Marius Pena Prosport saytına müsahibə verib. Stadium.az xəbər verir ki, təcrübəli futbolçu yeni kluna tez uyğunlaşdığını söyləyib: "Çox şadam ki, tez bir zamanda komandaya uyğunlaşa bildim. Bu işdə məşqçilər korpusu və komanda yoldaşlarım mənə yardımçı oldular. Halbuki mən komandaya qoşularkən hazırlıq prosesi artıq yekunlaşmaq üzrə idi. Burda komanda yoldaşlarım əsasən rus, ispan və ingilis dilində danışırlar. Mən özüm də bir qədər rus dilini bilirəm. Əgər, serb və ispan dillərini də öyrənsəm, əla olar. Amma yerli dili öyrənmək çox çətindi".

Pena Rumıniya və Azərbaycan futbolları arasındakı fərqlərdən də söz açıb: "Fərq çoxdu. Hazırda Rumıniya liqası daha güclüdür. Amma Azərbaycanda futbol daha sürətlə inkişaf edir. Burada futbola böyük pullar yatırılır və əminəm ki, gələcəkdə burada futbol daha da inkişaf edəcək".

"Styaua"ya mümkün transferi haqda isə Pena belə deyib: "Styaua"dan heç kim mənə təklif göndərmədi. Bildiyim qədəri ilə klub prezidenti məni heyətdə görmək istəsə də, baş məşqçi buna qarşı idi. "Bakı" ilə "Styaua" arasında seçim etməli olsam? Oyun baxımından "Styaua", maddi baxımdan "Bakı" əla seçimdi". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail