Ruslan Abışov: "Çalışacağıq ki, xalqımızı bayram günlərində sevindirək" Müsahibə

18.03.2013 | 6676 dəfə oxunub

Milli komandamızın və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışov Futbolxeber.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:


- Ruslan, artıq bu gün millinin düşərgəsinə qoşuldun və 2 məşqdə iştirak etmisən. Təəssüratların necədi?

- Hər şey yaxşıdı. Millidə olduğum üçün sevinirəm. Qarşıda bizi vacib oyunlar gözləyir. Çalışacağıq ki, istədiyimiz nəticələri qazanaq.

- Komandadan ab-hava necədi?

- Ab-hava əladı. Uşaqlar bütün gücləri ilə qarşıdakı oyunlara hazırlaşırlar. Hər kəs işinə məsuliyyətlə yanaşır.

- Qarşıda millimizi Lüksemburq və Portuqaliya ilə oyunlar gözləyir. Bu matçlar haqda nə deyə bilərsən?

- Daha çox Lüksemburqla oyundan yaxşı nəticə gözləyirik.Çalışacağıq ki, səfərdə çıxış etməyimizə baxmayaraq, yaxşı nəticə edib, xalqımızı, azarkeşlərimizi bu bayram günlərində sevindirək. Hər kəs əlindən gələni edəcək ki, vətənə qələbə ilə dönək.

-  Portuqaliya ilə oyundan nə gözləyirsən?

- Çox çətin oyun olacaq. Rəqibin heyətində adlı-sanlı futbolçular var. Amma hazırda daha çox Lüksemburqla oyunu düşünürük. İnşallah, Lüksemburqdan istədiyimiz nəticə ilə ayrılaq, sonra diqqətimizi Portuqaliya ilə matçda yönəldəcəyik.

- Artıq bir müddətdir ki, "Rubuin"dəsən. Yeni komandanda işlərin necədir?

- Hər şey yaxşıdır. Məşqlərdə bütün gücümlə çalışıram. Bir müddət əvvəl əməliyyat keçirmişdim. İndi vəziyyətim daha yaxşıdır.

- Geridə qalan 2 tur ərzində adın "18-liy"ə düşmədi. Növbəti turda "Lokomotiv"lə qarşılaşacaqsınız. Həmin görüşdə səni meydanda görə biləcəyik?

- Mən də məhz bunun üçün çalışıram. Heyətə düşmək üçün əlimdən gələni edirəm. İndi özümü daha yaxşı hiss edirəm. Ümid edirəm ki, məhz "Lokomotiv"lə oyunda şans qazanacağam. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail