"İnter" "Qalatasaray" və "Antalyaspor"la qarşılaşa bilər

18.03.2013 | 6306 dəfə oxunub

2002-ci ildən etibarən “The children champion cup Lukoil” çempionatı keçirilir. Stadium.az xəbər verir ki, bu turnir UEFA Çempionlar Liqasının bir növ analoqudur.  

Turnir hər il keçirilir və yarışmada İngiltərənin “Çelsi”, Serbiyanın “Partizan”, Rusiyanın “OMİK” və “Spartak”, Ukraynanın “Dinamo”(Kiyev) və “Şaxtyor”, Türkiyənin “Qalatasaray” kimi klubların və o cümlədən digər ölkə komandalarının da iştirak etdiyi məlumdur. 

Sevindirici haldır ki, bu il taixdə ilk dəfə həmin turnirə Azərbaycan komandası qatılacaq. Belə ki, “The children champion cup Lukoil” turnirində Azərbaycanı “İnter”in U-12 komandası təmsil edəcək. 
 
Bu il turnirdə Avropanın 30 komandasının iştirak edəcəyi gözlənilir. Yarışın reqlamentinə əsasən, bu klublar regional qaydaya uyğun 5 qrupa ayrılacaq. Belə ki, oyunları Moldovanın paytaxında keçiriləcək birinci qrupda Belarus, Ukrayna, Moldova, Macarıstan və Rumıniya klubları çıxış edəcək. Növbəti qrupda Latviya, Estoniya, İsveç, Norveç, Litva və Danimarka klubları mübarizə aparacaq və bu qrupun oyunları Vilnusda baş tutacaq. Digər qrupda mübarizə Serbiyada aparılacaq və burada Xorvatıstan, İspaniya, Fransa, İtaliya, Yunanıstan və Serbiya komandaları qarşılaşacaq. Çex Respublikasını Liberetse şəhərində keçiriləcək növbəti qrupun iştirakçıları Almaniya, Avstriya, Çex, Hollandiya və Slovakiya klubları olacaq. “İnter”in mübarizə aparacağı təsnifat qrupunun oyunları Türkiyənin Antalya şəhərində yerləşən “Mərdan” stadionunda baş tutacaq. Artıq komandamızın bütün rəqiblərinin adları da məlumdur. Belə ki, bu zonada Türkiyənin “Antalyaspor” və “Qalatasaray”, Bolqarıstanın “Levski”, Makedoniyanın “Vardar” və Gürcüstanın “Dinamo” komandaları mübarizə aparacaq. 
Qeyd edək ki, bu altı komanda püşkün köməyilə 2 qrupa ayrılıcaq və bu üçlüyün ən yaxşı komandaları sonradan turnirin final mərhələsinə yeganə vəsiqə uğrunda yarışacaq.Qruplarında 2-ci və 3-cü yeri tutmuş komandalar təsəlliedici yerlər uğrunda mübarizə aparacaq. 
 
Turnirin final hissəsi sentyabr ayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək. Bu mərhələdə 6 komanda mübarizə güclərini sınayacaq, yarışın məsul siması “Qızıl top”un sahibi, dünya şöhrətli bolqarıstanlı futbolçu Xristo Stoiçkov olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail