AFFA Hakimləri yenə "gizlədəcək"

18.03.2013 | 4448 dəfə oxunub

Topaz Premyer Liqanın XXIV turundan etibarən oyunlara təyinat alan bütün hakimlərin adları oyun günləri açıqlanacaq. Stadium.az xəbər verir ki, bu haqda Lent.az-a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
 
Onun sözlərinə görə, oyunların hakimləri xüsusi ayrılmış oteldə qalaraq, hazırlıq keçəcəklər. X.Məmmədov bildirib ki, bu addım çempionatın həlledici mərhələyə qədəm qoyduğu vaxtda hakimlərin kənar təzyiqlərdən qorunması üçün atılıb. Növbəti turun görüşləri martın 30-da olacaq. Komitə sədri bu qərarın final mərhələsinin ilk turundan, yəni XXIII turdan tətbiq olunmamasının səbəbini özünün həmin vaxt Azərbaycanda olmaması ilə əlaqələndirib.
 
Qeyd edək ki, Premyer Liqanın final mərhələsində hakimlərin gizlədilməsi üsulundan əvvəlki 3 mövsümdə də istifadə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail