"Azərbaycan klubları 4 il idi ki, "altılıq"dan əziyyət çəkirdilər"

16.03.2013 | 7398 dəfə oxunub

"İnter"in prezidenti Georgi Nikolov Topaz Premyer Liqasının formatının dəyişdirilməsinə münasibət bildirib. Stadium.az xəbər verir ki, bolqar klub prezidenti öz bloqunda format dəyişikliyini 4 illik əziyyətin bəhrəsi kimi dəyərləndirib: "Futbol rəhbərləri ən düzgün qərarlardan birini qəbul etdilər. Çünki Azərbaycan klubları 4 il idi ki, "altılıq"dan əziyyət çəkirdilər. Bu cür səbrə görə bizi mükafatlandırmağın vaxtı çatmışdı".

Daha sonra futbolun inkişaf etdiyini bildirən Nikolov yeni formatın müsbət və mənfi tərəflərindən də söz açıb: "Yeni formatın da müsbət və mənfi tərəfləri var. Əmin olun ki, bu format artıq ilk gündən tənqidlərə və tənbehlərə məruz qalacaq. Yeni formatın ən böyük üstünlüyü odur ki, idman prinsipləri son tura qədər qorunacaq. Hətta turnir cədvəlinin onuncu pilləsində qərarlaşan komanda da liderə çempionluq yoluna maneçilik törədə bilər. Halbuki "altılıq"da bu, mümkün deyildi. Necə deyərlər, yaşayarıq, görərik. Ola bilər ki, tez bir zamanda bu format da uğursuz olsun və 1 ildən sonra yenidən nəsə fikirləşək. Amma indi parlaq gələcək gözləyirik". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail