"İnanıram ki, Berdıyev və komandası Avropanı təəccübləndirəcək"

16.03.2013 | 4645 dəfə oxunub

"Spartak"ın və Rusiya millisinin sabiq üzvü Yeqor Titov Avroliqanın 1/4 final mərhələsində "Rubin"in "Çelsi" ilə düşməsinə münasibət bildirib. Stadium.az xəbər verir ki, veteran futbolçu qeyd edib ki, Kazan təmsilçisi "Çelsi"dən çəkinməməlidir: "Rubin"lə "Çelsi"ni çox gərgin oyun gözləyir. Mən başa düşmürəm, "Rubin" axı nədən qorxmalıdır? Unutmayın ki, vaxtı ilə bu komanda "Barselona" və "Atletiko" kimi komandaları məğlub edib. Eyni zamanda "Styaua" ilə oyunlar göstərdi ki, "Çelsi" indi heç də optimal formada deyil. Mən hesab edirəm ki, rumınlar evdə "Çelsi"yə qarşı əla çıxış etdilər. Daha çox hücum etməyə səy göstərirdilər. Onlar əks-hücumda əla çıxış edirdilər. Ümid edirəm ki, "Rubin" də "Styaua" kimi düzgün taktika seçəcək oyuna. Müdafiədə etibarlı oynamaqla "Çelsi"ni əks-hücumda yaxalamaq olar. Özü də "Rubin" məhz bu cür oyunla güclü komandaları məğlub etməyi bacarır. Düzdür, aydın məsələdir ki, "Çelsi" dünya nəhəngidir. Amma onlardan çəkinmək olmaz. Məncə, bu cütdə konkret favorit yoxdu. Heç bir cəhətinə görə "Çelsi"ni "Rubin"dən üstün tutmuram. İnanıram ki, Berdıyev və komandası Avropanı təəccübləndirəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail