"Tvente" - "Qarabağ" oyununun baş hakimi Bakıya gəlir

14.03.2013 | 4959 dəfə oxunub

Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsinin martın 26-da keçiriləcək Azərbaycan - Portuqaliya oyununun baş hakimi müəyyənləşib. Martın 26-da baş tutacaq oyunu ingiltərəli Andre Marriner idarə edəcək.

Stadium.az xəbər verir ki, Marriner 1971-ci il, yanvarın 1-də, Birmingemdə anadan olub. 2009-cu ildən FİFA hakimi statusunu daşıyır. Hakimliyə 1992-ci ildən başlayan ingiltərəli ədalət təmsilçisi 2002/03 mövsümündən İngiltərə Premyer Liqasının oyunlarında fit çalır. Britaniyanın ən təcrübəli hakimlərindən hesab olunur. Ötən il Mançester derbisində ədaləti qoruyan 42 yaşlı referi cari mövsümdə də "Mançester Siti" - "Çelsi" (2:0), "Arsenal" - "Vest Hem" (5:1), "Nyukasl" - "Mançester Siti" (1:3), "Arsenal" - "Fulhem" (3:3), "Everton" - "Liverpul" (2:2), "Liverpul" - "Mançester Siti" (2:2), "Everton" - "Mançester Yunayted" (1:0) kimi mühüm matçları idarə edib.

Daxili arenada son idarə etdiyi oyun martın 10-da baş tutub ("Nyuaksl" - "Stok Siti" - 2:1).

Beynəlxalq arenada isə sonuncu dəfə Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutan "Lion" - "Atletik" (2:1) görüşündə fit çalıb.

İngiltərəli hakimin yolu portuqallarla 1 dəfə kəsişib. Onun idarə etdiyi görüşdə - 2011-12 mövsümündə Avroliqanın pley-off mərhələsində "Gimarayş" öz meydanında "Atletiko"ya biabırçı hesabla uduzub - 0:4.

1 dəfə də o təmsilçimizin oyununa təyinat alıb. Belə ki, Andre Marriner 2009-2010 mövsümündə, Avroliqanın play-off mərhələsi çərçivəsində baş tutan "Tvente" - "Qarabağ" oyununda (3:1) ədaləti qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail