Berti Foqts: "Böyükağa Hacıyevin hər dediyini yazmayın" Müsahibə

12.03.2013 | 5035 dəfə oxunub

Bu gün Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutan paytaxt derbisini - "Bakı" - "Neftçi" görüşünü canlı olaraq stadiondan izləyən milli komandamızın baş məşqçisi Berti Foqts qarşılaşmadan dərhal sonra Stadium.az saytına müsahibə verib.

- İlk olaraq, izlədiyiniz qarşılaşma haqda fikirlərinizi bilmək istərdik.

- Maraqlı oyun oldu. Matçın gərgin keçdiyini söyləyə bilərəm. Hər iki komanda qələbə qazanmaq üçün əlindən gələni etdi.

- Oyunun nəticəsini ədalətli hesab edirsiniz?

- Bəli, məncə heç-heçə ədalətli nəticə oldu. Baxmayaraq ki, "Bakı" penaltini vura bilmədi. Əgər, onlar penaltidən yararlansaydılar, bəlkə də nəticə tam başqa cür olardı.

- Bir neçə gün əvvəl millinin heyətini açıqladınız. Son vaxtlar yaxşı formada olan "Neftçi"dən Araz Abdullayevlə "İnter"in üzvü Asif Məmmədova dəvət göndərməməyiniz heç də birmənalı qarşılanmadı.

- Bu gün Arazın oyununu izlədim. Artıq onun hansı formada olması haqda geniş məlumatım var. Gələcəkdə Araz milliyə kömək edə bilər. Növbəti toplanışlarda onu da sınaqdan keçirəcəyik.

- Bəs, Asif Məmmədov?

- Asif Məmmədov haqda da məlumatım var. Onun haqda bütün informasiyaları köməkçim Nazim Süleymanov mənə çatdırıb. Gələcəkdə onun da çıxışını yaxından izləyəcəyəm. Əgər istədiyimiz kimi olsa, özünü yaxşı tərəfdən göstərməyi bacarsa, ona da dəvət göndərməyimiz mümkündür. Amma unutmayın ki, futbolçunu milliyə 1 qol vurduğuna görə çağırmırlar.

- Bir müddət əvvəl "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev belə bir açıqlama vermişdi ki, yığmanın heyəti sizə hazır vəziyyətdə təqdim edilir. Buna münasibətiniz necədir?

- Böyükağa Hacıyev çox zaraftcıl insandır. O zaraftı çox sevir və həmin sözləri deyərkən də zarafat edib. Siz onun hər dediyini yazmayın.  

- Qarşıda millimizi 2 oyun gözləyir - Lüksemburq və Portuqaliya milliləri ilı görüşəcəyik. Bu oyunlardan neçə xal götürəcəyimizə söz verə bilərsiniz?

- Mən indidən heç nəyə söz verə bilmərəm. Əlimizdən gələni edəcəyik ki, mümkün qədər yaxşı çıxış edək. Sərfəli nəticə qazanmaq üçün komandam səy göstərəcək. Amma mən heç vaxt oyunlardan öncə proqnoz vermirəm. Hər iki oyunda hesab hələ ki, 0:0-dı, çalışacağıq ki, uğur qazanaq.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail