Pərdis Fərcad-Azad: “Karyeramda ilk dəfə bir oyunda 4 qol vururam” Müsahibə

12.03.2013 | 5770 dəfə oxunub

Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində “Sumqayıt” Futbol Klubu böyükhesablı qələbə qazanaraq (4:0) turnir çədvəlində 9-cu pilləyə yüksəldi. “Turan”la qarşılaşmada 4 qol vuraraq “poker”ə imza atan Azərbaycan əsilli hücumçu Pərdis-Fərcad Azad klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- “Turan” üzərindəki böyükhesablı qələbə barəsində nə deyə bilərsən?
- İki həftə əvvəl “Turan”a minimal hesabla məğlub olmuşduq. Revanş almağı çox istəyirdik. Qarşılaşmadan əvvəl bütün kollektiv qələbə sözü vermişdi. Təəssüf ki, məğlub olduğumuz əvvəlki görüşdə mən vərəqə cəzası səbəbindən meydana çıxa bilməmişdim. Qeyd edim ki, həmin qarşılaşmada da “Sumqayıt” rəqibindən üstün oynamışdı, lakin sonda meydanı məğlub tərk etmişdi. Bu qarşılaşmada erkən vurduğumuz iki qol bizə çox kömək etdi. Ardınca yaratdığımız bir neçə qol epizodları komandada özünə inamı bir qədər də artırdı. Hesab 4:0 olandan sonra isə oyunun taleyi həll olundu. Sevindirici haldır ki, komandamız oyunun sonuna qədər nəzarəti əlində saxladı. Hətta ikinci hissədə fərqi artırmaq üçün bir neçə real imkan da yaratdıq.

- Oyundan əvvəl 4 qol vuracağına inanırdınmı?
- Mən bir müddət idi ki, qol vura bilmirdim. Sonuncu dəfə 2012-ci ilin dekabrında “Rəvan”la qarşılaşmada fərqlənmişdim. Hazırda yaxşı formada olduğum üçün qol vurmağı çox istəyirdim. Amma bir oyunda 4 qol vuracağım ağlıma belə gəlməzdi. Mənim üçün bir görüşdə 4 qol vurmaq əsas deyil, əsas olan komandanın 3 xal qazanmasıdır.

- Karyeran ərzində “poker” etdiyin oyun olubmu?
- Yox, bu mənim karyeramda bir ilkdir. Yalnız 2007-ci ildə “FC Carls Zeiss Jena”nın əvəzedici komandasında het-trik etmişdim. Fürsətdən istifadə edib, mənə qol ötürmələrini edən oyundaşlarıma təşəkkür edirəm. Bu komanda qələbələrə layiqdir.

- “Sumqayıt” Futbol Klubunun Premyer Liqanın final mərhələsindəki əsas məqsədi nə olacaq. Sənin fikrincə komanda mövsümü hansı pillədə tamamlayacaq?
- Bizim olduqca döyüşkən komandamız var. Rəqibdən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxırıq. Bəzən təcrübəsizliyin qurbanı olduğumuzu bilirik. Lakin zaman keçdikcə komandadakı irəliləyiş açıq-aşkar sezilir. Düşünürəm ki, Premyer Liqada mövsümü 7-ci pillədə tamamlaya bilərik. Bunu reallaşdırmaq üçün potensialımız da var.

- Qarşıda A milli komandamızı Lüksenburq və Portuqaliya yığmaları ilə çətin görüş gözləyir. Bu oyunlarda seçmə komandamız hansı nəticə qazana biləcək?

- İlk öncə yenidən A milli komandanın heyətinə dəvət aldığımız üçün özümü xoşbəxt hiss edirəm. Bəli, bizi qarşıda olduqca çətin iki qarşılaşma gözləyir. Buna baxmayaraq, Azərbaycan millisi istənilən rəqibdən xal almağa qadirdir. İnşallah, hər iki görüşdə uğurlu nəticə qazanıb azarkeşlərimizi və xalqımızı sevindirərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail