Rauf Əliyev: "Almaniyadakı futbolçular gələcəkdə millimizə cəlb oluna bilər"

11.03.2013 | 4346 dəfə oxunub

Almaniyanın paytaxtı Berlində təşkil olunmuş İTB Beynəlxalq Turizm sərgisində iştirak edən AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev affa.az saytına fikirlərini bildirib:
"Beynəlxalq turizm sərgisi hər il Almaniyanın paytaxtı Berlində təşkil olunur və Azərbaycan da burada iştirak edir. Sərginin ikinci günündə Azərbaycan haqda forum oldu. Milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts ölkəmizdə çalışan şəxs kimi sərgidə ona ünvanlanan sualları cavablandırdı, Azərbaycan haqqında məlumat verdi.
Sərgidə Berlində yaşayan azərbaycanlılardan ibarət "Azəri" komandası da iştirak etdi. Berlində 13 və 17 yaşlı azərbaycanlılardan ibarət komandalar yaradılıb və Berlin Futbol Federasiyasının razılığı ilə yerli çempionatda iştirak edirlər. Bundan əlavə, Heydər Əliyev adına idman klubu yaratmaq istiqamətində işlər görülür. Yəni digər idman növləri ilə də məşğul olan azərbaycanlılar diqqətdən kənarda qalmayacaqlar.
Bu gün burda çıxış edən yeniyetmə futbolçular gələcəkdə milli komandamıza cəlb oluna bilər. İstərdik ki, gələcəkdə Gənclər və İdman Nazirlıyi, Milli Olimpiya Komitəsi və AFFA ilə birgə Berlində Olimpiya kompleksi tipli idman bazası yaradaq. Çünki həm burda, həm də ətraf şəhərlərdə idmanla məşğul olan kifayət qədər azərbaycanlı yaşayır. Onları Azərbaycan milli komandasına cəlb etməliyik. Təbii ki, əsas diqqəti futbola ayırmalıyıq. Ümidvaram ki, onlar gələcəkdə Azərbaycanı layiqincə təmsil edəcəklər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail