Ramin Musayev: “Kanales ayın ən yaxşısı olmaqa layiqdir”

11.03.2013 | 4889 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında keçirilən tədbirlə fevral ayının ən yaxşı oyunçusu və ən yaxşı qolu nominasiyasında qaliblər mükafatlandırılmışdır. Stadium.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ilk tədbirin futbolun başladığı binada keçirilməsini vurğuladı. “Ayın ən yaxşı qolu və oyunçusu müvafiq olaraq azarkeşlər və idman jurnalistləri tərəfindən seçilir. Azərbaycan çempionatları tarixində 10 000-ci qolun müəllifi Elvin Məmmədovdur. Premyer Liqanın ən sərrast futbolçuları arasında yerli futbolçuların olmasını istərdim. Lakin əcnəbi futbolçular Azərbaycanda oynayırlarsa, deməli onlar da ozümüzünküdür. Nikolas Kanales həqiqətən də ayın ən yaxşısı olmaqa layiqdir”.

Daha sonra Azəridmanservisin direktoru Azər Məhərrəmov nitq söylədi. “Bir müddət öncə Topaz Azərbaycan Premyer Liqasına sponsorluq etməyə başladı. Bu istiqamətdə müxtəlif layihələr həyata keçiririk. Topaz-ı yaratmaqda məqsədimiz Azərbaycanda idmanın, xüsusilə də futbolun inkişafına töhfəmizi vermək və azarkeşlərin bu idman növünə olan marağını artırmaqdır. Bu yolda uğura doğru addım-addım yaxınlaşırıq. Azərbaycanda idman jurnalistikasının mövcudluğuna sevinirəm”.

Daha sonra türkiyəli futbol mütəxəssisi Selçuk Yula tədbir iştirakçılarına öz fikirlərini çatdırdı: ”Azərbaycanı öz vətənim kimi sevirəm, daima burdakı inkişafı izəməyə çalışıram. 10 000-ci qolun müəllifini, fevral ayının ən yaxşı futbolçusunu və ən gözəl qolun müəllifini təbrik edirəm. Azərbaycanda idmanın inkişaf etdiyini müşahidə edirəm, bunda güclü sponsorların və infrastrukturun böyük rolu var. Azərbaycan milli komandasını, “Neftçi” klubunu izləmişəm, komandalarda boyük inkişaf var. Milli komandanın Portuqaliya ilə oyunu, “Neftçi”nin Avropa Liqasındakı oyunları bundan xəbər verir”.

Çıxışlardan sora qaliblər PFL və Topaz tərəfindən mükafatlandırılmışdır. İdman jurnalistləri arasında keçirilən sorğunun nəticələrinə əsasən “Neftçi”dən Nikolas Kanales fevral ayının ən yaxşı oyunçusu seçilmişdir. Çilili futbolçuya xüsusi hədiyyə və 1500 azn dəyərində pul mükafatı verilmişdir.

Nikolas Kanales bu mükafatı qazandığına görə hamıya təşəkkürünü bildirmişdir. “Bu təkcə mənə yox, bütün komandaya verilmiş bir mükafatdır”.

Ayın ən yaxşı qolu nominasiyasında “İnter”dən Asif Məmmədov qalib gəmişdir. Qalibə xüsusi hədiyyə və 1000 azn pul mükafatı verilmişdir.

Azərbaycan çempionatları tarixində 10 000-ci qolun müəllifi isə “Bakı” klubunun futbolçusu Elvin Məmmədov olmuşdur. Elvin Məmmədov aldığı mükafata görə PFL-ə öz minnətdarlığını bildirdi. Daha sonra tədbir iştirakçıları media nümayəndələrinin suallarını cavablandırmışlar.

Ayən ən yaxşı futbolçusu (sorğu nəticələri)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail