Xavi: "Milan" və "Real"a məğlubiyyətlər bizim qürurumuza zərbə endirdi"

11.03.2013 | 6174 dəfə oxunub

"Barselona"nın yarımmüdafiəçisi Xavi Hernandes sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Milan"a qarşı keçirəcəkləri oyun haqda danışıb. Stadium.az xəbər verir ki, təcrübəli futbolçu sona qədər mübarizə aparacaqlarını bildirib: "Mən "Milan"la oyuna optimist yanaşıram. Baxmayaraq ki, ilk oyunda 0:2 hesabı ilə uduzmuşuq. Bizim qarşıda 90, bəlkə də 120 dəqiqəmiz var ki, vəziyyətimizi düzəldək. Amma sabahkı oyunda hər şey ola bilər. "Milan" istedadlı futbolçulardan qurulmuş komandadır. Onlar hava mübarizələrində əla oynayırlar və rəqibin səhvlərindən faydalanmağı çox yaxşı bacarırlar. Biz olduqca diqqətli olmalıyıq: topa daha çox sahib olmalı, rəqibə əks-hücum şansı verməməli, ağılsız cərimələr etməməliyik. Bizim hücumlarımız kəskin alınmalı, açıq futbol sərgiləməliyik. "Milan" və "Real"la oyunlardan sonra bizim qürurumuzu zərbə dəydi. İndi vəziyyəti düzəltməliyik. Bunun da yeganə yolu "Milan"la matçda lazımı nəticəni qazanmaqdır. Qələbə üçün sonaqədər mübarizə aparmalıyıq".   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail