Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
"Xəzər Lənkəran": 123 gün sonra
![](foto/xeberler/xl.jpg)
11.03.2013 | 4042 dəfə oxunub
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Rəvan”ı 4:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” mövsümdə 3-cü dəfə böyük hesablı qələbə qazandı. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının II turunda “Kəpəz”i, XII turunda indiki kimi “Rəvan”ı məğlub edən “ağ-yaşıllar” bu dəfə də 4 qol vurdu. Lakin həmin 2 matç 4:0 hesabı ilə başa çatmışdı. Bu dəfə isə komanda 4:1 hesabına sevindi. Ümumiyyətlə son 4 böyükhesablı qələbə 4 qolla gerçəkləşib. Ötən mövsümün son matçında “Qarabağ” da 4:1 hesabı ilə məğlub edilmişdi.
Ümumilikdə sonuncu dəfə 123 gün əvvəl – ötən il noyabrın 4-də böyük hesabla qalib gələn “Xəzər Lənkəran” kubokda 2011-ci il noyabrın 30-da belə qələbə qazanmışdı. Həmin vaxt futbolçular “Qaradağ Lökbatan”ı 3 cavabsız qolla yenmişdi.
Bu dəfəki qələbə komandanın tarixində 51-ci belə uğurdur. Bunların 12-si Azərbaycan kubokunda qeydə alınıb. 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb: 2005/06 – 2, 2006/07 – 3, 2007/08 – 3, 2008/09 – 2, 2011/12 – 1, 2012/13 – 1.
“Xəzər Lənkəran” 9 il ərzində ölkə çempionatında 38 böyük hesablı qələbə qazanıb. Premyer Liqada çıxış etdiyi 9 mövsüm ərzində “Xəzər Lənkəran” hər çempionatda ən azı 1 dəfə buna nail olub: 2004/05 – 8, 2005/06 – 1, 2006/07 – 6, 2007/08 – 5, 2008/09 – 5, 2009/10 – 4, 2010/11 – 2, 2011/12 – 5, 2012/13 – 2. Komandamızın daha bir darmadağını 2008-ci ildə keçirilən “Birlik kuboku”nda - Litva çempionu “Kaunas”la matçda qeydə alınıb – 3:0.
İndiyədək 27 rəqibini böyük hesabla məğlub edən “Xəzər Lənkəran”, “Rəvan” üzərində 2-ci dəfə belə qalibiyyət əldə etdi: “Gənclərbirliyi” – 6, “Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” , “Qarabağ” – hərəsi 3, AZAL, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” , “Kəpəz” , “Rəvan” – hərəsi 2, ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard”, “Sumqayıt”, “Kaunas” (Litva) – hərəsi 1.
“Xəzər Lənkəran”ı baş məşqçi əvəzi kimi meydana çıxaran Emin Quliyev komandanın “sükanı arxasında” 2-ci darmadağına sevindi. “Rəvan” üzərində 123 gün əvvəlki qələbənin də memarı məhz o idi. İndiyədək 9 çalışdırıcımız böyük hesablı qələbə zamanı komandaya rəhbərlik edib: Ağasəlim Mircavadov - 22 (çempionatda 16 + kubokda 5 + “Birlik kuboku”nda 1), Rasim Kara – 12 (10+2), Mirça Rednik – 4 (3+1), İqor Ponomaryov, Cüneyt Biçer – hər ikisi 3 (3+0), Yunis Hüseynov – 2 (2-0), Emin Quliyev – 2 (1+1), Nazim Süleymanov – 2 (0+2), Viktor Pasulko – 1 (1+0).
Qeyd edək ki, 51 böyük hesablı qələbəsi olan komanda 2 dəfə 9, 2 dəfə 6, 9 dəfə 5, 10 dəfə 4, 28 dəfə 3 top fərqi ilə qalib gəlib.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
Çox oxunan xəbərlər
Digər
Son xəbərlər
12.03.2024
![](foto/xeberler/195868_q03r7l4nx7.jpg)
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
![](foto/xeberler/qarabaq-linkoln.jpg)
![](foto/xeberler/marco-verratti-asiste-a-la-conferencia-de-prensa-del-paris-saint-germain-en-munich--efe.jpg)
18.07.2023
17.07.2023
16.07.2023
![](foto/xeberler/185386_37g6xavtgc.jpg)
15.07.2023
![](foto/xeberler/bonucci1689374204.jpg)
![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |
![](images/spacer.gif)
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |