”Xəzər Lənkəran”dan 7-ci, Ramazanovlardan 2-ci het-trik

11.03.2013 | 4409 dəfə oxunub

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Rəvan”la cavab oyunu “Xəzər Lənkəran”ın gənc futbolçusu Ağabala Ramazanov üçün əlamətdar oldu. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, o, ağ-yaşıl formada ilk dəfə het-trikə imza atdı. 4:1 hesablı qələbəyə 3 qolla töhfə verən hücumçu klub tarixində 7-ci het-trikin müəllifi oldu.
 
Belə ki, “Xəzər Lənkəran”ın 9 illik tarixində Ağabalaya qədər 6 matçda 1 oyunçu 3 qol vurmuşdu. Yalnız Samir Əliyev 2 dəfə het-trik edib. Ramazanov bunu bacaran 6-cı futbolçumuz oldu. Klub tarixində ilk belə hadisənin müəllifi də Əliyev olub. O, 2004/05 mövsümündə bunu gerçəkləşdirib.
 
Klubun sonuncu het-triki isə təxminən 3 il yarım, dəqiqi 1219 gün əvvəl olub. Həmin vaxt Mario Souza “Muğan”la kubok oyununda 3 qol vurmuşdu.
 
Ümumiyyətlə “Xəzər Lənkəran”ın 7 het-trikindən 4-ü kubok, 3-ü çempionatda qeydə alınıb. Futbolçular 5 dəfə evdə, 2 dəfə səfərdə het-trikə imza atıblar.
 
Rəqib meydanlarındakı son het-trikin də müəllifi Ramazanov olub. Bu, Ağabalanın qardaşı Zaurdur. O, təxminən 6 il, daha dəqiqi 2126 gün əvvəl “Turan”la qarşılaşmada 3 qol vurmuşdu.
 
1. Samir Əliyev, 2004/05, çempionat
6-cı tur. 03.11.2004. “Gənclərbirliyi” – 6:0 (evdə)
2. Oqtay Dərəlioğlu, 2004/05, çempionat
30-cu tur. 03.05.2005. “Ədliyyə” – 6:1 (evdə)
3. Samir Əliyev, 2005/06, kubok
1/16 final, ilk oyun. 24.09.2005. “Şərur” – 5:0 (səfərdə)”
4. Zaur Ramazanov, 2006/07, çempionat
19-cu tur. 12.05.2007. “Turan” – 5:0 (səfərdə)
5. Nadir Nəbiyev, 2007/08, çempionat
19-cu tur. 29.03.2008. “Gənclərbirliyi” – 5:0 (evdə)
6. Mario Souza, 2009/10, kubok
1/8 final. 04.11.2009. “Muğan” – 3:1 (evdə)
7. Ağabala Ramazanov, 2012/13, kubok
1/4 final, cavab oyunu. 07.03.2013. “Rəvan” – 4:1 (evdə)
 
Lakin Ağabala klub tarixində yeni rekord da müəyyənləşdirməyi bacarıb. Belə ki, o, klub tarixində ən gənc het-trik müəllifidir. Cəmi 2 ay öncə 20 yaşı tamam olan Ramazanov 20 yaş 46 günlüyündə het-trikə imza atıb. Bunadək rekord ilk het-trikini 25 yaş 203 günlüyündə 1 oyuna 3 qol vuran Samir Əliyevə məxsus idi.
 
1. Ağabala Ramazanov – 20 yaş 46 gün
2. Samir Əliyev – 25 yaş 203 gün
3. Samir Əliyev – 26 yaş 163 gün
4. Nadir Nəbiyev – 27 yaş 254 gün
5. Oqtay Dərəlioğlu – 29 yaş 138 gün
6. Zaur Ramazanov – 30 yaş 289 gün
7. Mario Souza – 31 yaş 309 gün



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail