"Rasim Ramaldanovu cavab qaytardığına görə cəzalandırmışam" Müsahibə

10.03.2013 | 5736 dəfə oxunub

“Simurq” Peşəkar Futbol Klubunun prezidenti Anar Bəkirov klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Anar müəllim, ilk öncə son oyun haqqında fikirlərinizi bilmək istəyərdik.

- Komandanın oyunundan razıyam. Hər qarşılaşmada sona qədər mübarizə aparırlar. Kubok matçında da, bunu bir daha sübut etdilər. Mario Bojiçə qırmızı vərəqə göstərilənə qədər, demək olar ki, başa-baş mübarizə getdi. Penaltilər seriyasına saniyələr qalmışdı ki, qapımızda qol gördük. Meydanda az qalana kimi komandanın məqsədi qol vurub, məsələni əsas vaxtda həll etmək idi. Ancaq ondan sonra bütün güc müdafiəyə verildi. Lakin biz bununla razılaşmırdıq. İmkan düşən kimi komanda hücum edirdi və qol vurmaq istəyirdi. Düşünürəm ki, yaxşı oynadıq. Ancaq qalib gəlmək üçün qol vurmaq lazımdır. Qələbə qazanmaq üçün bu vacib məsələdir.  

Rəqibi necə dəyərləndirirsiniz?

- “Neftçi” ilə son bir ayda artıq üç dəfə qarşılaşmışıq. İlk görüşdə 2:0 hesabı ilə məğlub olmağımıza baxmayaraq, son iki oyunda onlarla başa-baş mübarizə apara bildiyimizi düşünürəm. “Neftçi” hazırda Azərbaycanın ən güclü komandasıdır. Klubun rəhbərliyi uğurlar qazanmaq üçün düzgün siyasət müəyyənləşdirib. “Neftçi”də nəticə qazanmaq üçün bütün lazımı işlər görülür. Bununda nəticəsi kimi, komanda yaxşı futbol nümayiş etdirir. Demək olar ki, biz Avropa stilində formalaşmış kluba qarşı mübarizə apardıq. Çox güclü orta xəttə malikdir. Deyərdim ki, “Neftçi” bu zonada Azərbaycanda hər kəsdən üstündür. O cümlədən, futbolçular individual baxımdanda yaxşı durumdadırlar. Çox şadam ki, Azərbaycanda “Neftçi” kimi nümunəvi komanda formalaşdırılb.

Sizcə bu qarşılaşmanın ən yaxşısı kim idi?

- Görüşün baş hakimi, Əliyar Ağayev. Ona görə ki, o, yüksək səviyyəli ustalığı və idarəciliyilə bir daha Azərbaycanda yaxşı hakimlərdən biri olduğunu sübut etdi. Qarşılaşmanın gözəlliyinə xələl gətirəsi heç bir qərar vermədi. Buna görə ona çox sağ ol deyirəm. Klub rəhbəri olaraq, çox şadam ki, hazırda Azərbaycanda Əliyar Ağayev və bir neçə nəfər gənc, perspektivli hakimlər var. Buna görə ona və bu cür hakimləri yetişdirən şəxslərə minnətdaram. Qərarları ilə oyunların nəticələrinə təsir edən, insanları futboldan soyudan hakimlər vəzifələrindən uzaqlaşdırılsa çox yaxşı olar. Onların əvəzinə bu cür şəxslər görəv almalıdır. Düşünürəm ki, nə vaxt ki, Azərbaycan hakimliyinə yeni qan gələcək, onda hər kəs futboldan ləzzət alacaq. Çirkinliklər, futbola yaraşmayan hərəktlər və qərarlara son qoyulmalıdır. Sonuncu “Neftçi – “Simurq” oyunu bir daha göstərdi ki, kim kimdir. Əliyar kimi hakimlər ölkə futboluna böyük xeyir verir.  “Neftçi” öz oyunu ilə bu matçda qalib gəldi. Bu cür oyundan və idarəçilikdən sonra heç kəs deyə bilməz ki, onlar hakimlərin köməkliyilə və ya digər yolla bizdən üstün oldular. Bu matçda güclü qələbə qazandı.

Oyundan sonra  paltardəyişmə otağının qapısını qırılmışdı. Bu haqda nə deyərdiz?

- Bəli, bundan xəbərim var. Oyundan sonra məndə paltardəyişmə otağına getdim və gördüm. Bu cür oyunlarda emiosiaları idarə etmək çətin olur. Qırılmış əşyalara görə “Neftçi” klubuna müraciətdə etdik ki, dəymiş ziyan nə qədərdisə ödəyək. Ancaq onların rəhbərliyi, şəxsən klubun prezidenti Sadiq Sadiqov bildirdi ki, bu futboldur. Oyunda belə şeylər olur. Buna görə heç nə lazım deyil. Ancaq biz yenə də, prosedura uyğun hərəkət edecəyik.

“Simurq”un qarşıdakı planları nədir?

- Komanda ilk işinin öhdəsindən layiqincə gəlməyi bacarıb. Ancaq bu, o demək deyil ki, “Simurq” bununla yetinməlidir. Avroliqada ölkəmizi təmsil etmək üçün, sona qədər mübarizə aparacayıq. Qarşıdakı 10 turda maksimum nəticə qazanıb, yüksək yerlərdən birini tutmalıyıq.

Fasilədən sonra heç bir qarşılaşmada qalib gələ bilməmişik. Klub prezidenti olaraq, problemi nədə görürsünüz?

- Düz qeyd edirsiz. Ancaq fasilədən sonra heç də, asan rəqiblərlə qarşılaşmamışıq. İlk oynumuz AZAL-la oldu. Onlar üçün bu matç çox əhəmiyyət daşıyırdı. Bəlkə də, bizlə oyunda qalib gələ bilməmələri onları ilk “altılıq”dan kənar qoydu. “Neftçi” ilə görüşdə düşünürəm ki, komandanın oyunu alınmadı. Daha sonra “Bakı”yla qarşılaşdıq. Deyərdim ki, bu gün onların ilk “altılıq”da olması, bizimlə görüşdə qazandıqları bir xal sayəsində olub. “Kəpəz”lədə matçda idman şansı bizim tərəfdə olmadı və qələbə qazana bilmədik. Hər şeyə baxmayaraq, komandama, futbolçularıma, məşqçi heyətinə çox inanıram. Qələbə qazanmaq üçün yenə qeyd edirəm ki, qol vurmaq lazımdır. Bu məsələni məşqçilər korpusununda nəzərinədə çatdırmışam. Qolsuz heç bir qələbə qazanmaq olmur. Qarşıda bizi çətin oyunlar gözləyir. İlk sınağımız “Qarabağ”la olacaq. Düşünürəm ki, “Simurq” bütün gücünü bu matçda ortaya qoyub, qalib gələcək və ilk “altılıq”dakı mübarizəyə gözəl start verəcək. Bu qarşılaşmada komandadan ancaq qələbə gözləyirəm.

Son olaraq isə Rasim Ramaldanov söhbətinə aydınlıq gətirməyinizi istəyərdik. 

- Hər şey bəzi mətbuat orqanlarında yazıldığı kimi deyil. Klub prezidenti olaraq təbii ki, həm məşqçilər korpusundan, həm də komandanın kapitanından hər bir pis nəticəyə görə izahat tələb edirəm. “Kəpəz”lə oyunun fasiləsində də, paltardəyişmə otağına düşdüm və iradlarımı bildirdim. Rasim isə dərs çıxarmaq əvəzinə, cavab qaytardığına görə oyundan sonra cəzalandırmışam. Müvəqqəti olaraq əsas komandadan kənar qalıb. Bu günlərdə isə onun cəzası ilə bağlı son qərarımızı verəcəyəm. Ancaq bilmirsən bu yalan xəbərləri yazanlar jurnalistir, yoxsa menecerdir, bəlkə də heç özləridə bilmir nəçidirlər. Ağıllarına gələni, ordan-burdan eşitdikləri qələmə alıb, boş-boş söhbətlərlə insanları aldadırlar. Mənim baş məşqçi Georgi Çixradzeylə qarşılıqlı hörmət əsasında qurulmuş dost münasibətim var. Mənim işim rəhbər olaraq komandanın ehtiyaclarını ödəmək və onlardan bunun qarşılığında nəticə tələb etməkdir. Yoxsaki heyəti qurmaq, hansı futbolçunun oynayıb-oynamaması ilə bağlı nəsə qərar vermək bütün bunların hamısı baş məşqçinin və onun köməkçilərinin işidir və mən onlara qatışmıram. İndiyənə qədərdə belə bir iş görməmişəm. Çixradze işinin peşəkarıdır. Heç vaxt bununla razılaşmaz və məşqçi olaraq buna imkan verməz. “Simurq”da bütün işlər yüksək səviyyədə yerinə yetirilməyə çalışılır. Nəticəsidə göz qabağındadır.        



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail