Mançini: "Naniyə heç "sarı" da düşmürdü"

09.03.2013 | 4231 dəfə oxunub

"Mançester Siti"nin baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının 1/8 final mərhələsinin təkrar oyunu çərçivəsində "Real"a qarşı baş tutan matçda əzəli rəqibləri olan "Mançester Yunayted"in futbolçusu Luiş Naninin meydandan qovulmasını ədalətsizlik kimi qiymətləndirib. Stadium.az xəbər verir ki, italiyalı mütəxəssis portuqaliyalı oyunçunun aldığı qırmızı vərəqəni 2012-ci ildə İngiltərə kuboku çərçivəsində baş tutan Mançester derbisində komandasının üzvü Vinsen Kompaninin meydandan qovulması ilə müqayisə edib: "İndi "Yunayted" bütün diqqətini ölkə çempionatına yönəldəcək.  Onlar nə yollar olur-olsu Premyer Liqanı qazanmağa çalışacaqlar. Amma bizim işimiz onsuz da çətin idi. Bundan sonra daha da çətin oldu. "Mançester Siti" üçün daha yaxşı olardı ki, "Yunayted" Çempionlar Liqasında mübarizəni davam etdirsin. Mən çox gözəl başa düşürəm ki, indi Ferqyusson türk hakimin qərarından necə məyusdur. Amma bu, ötən il İngiltərə kubokundakı vəziyyətin təkrarıdır. Həmin vaxt "Yunayted"lə görüşdə hakim Kompanini meydandan qovmuşdu. Mənim fikrimcə, Çakırın qərarı böyük səhv idi. Nani heç sarı vərəqəyə də layiq deyildi. Heç bu epizoda İtaliyada da qırmızı vərəqə verməzdilər. Çünki oyunçu rəqibə qarşı yox, topa oynamışdı". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail