Konte "Yuventus"da qalacağını bəyan etdi

09.03.2013 | 4150 dəfə oxunub

"Yuventus"un baş məşqçisi Antonio Konte son vaxtlar komandanı tərk edəcəyi haqda yayılan xəbərlərə münasibəıt bildirib. Stadium.az xəbər verir ki, Konte Turin klubunda qalacağını açıq şəkildə bəyan edib: "Əminliklə söyləyirəm ki, mövsümün sonunda "Yuventus"u tərk etməyəcəyəm. Təbii ki, Avropanın aparıcı klublarının mənimlə maraqlanması çox xoşdur. Lakin "Yuventus"un qazandığı uğurlara görə təkcə məni fərqləndirmək düzgün olmazdı. Əldə etdiyimiz nəticələrə görə futbolçuları da tərifləmək lazımdır. Gördüyümüz işlər göz önündədir. Biz bu uğurlara vahid komanda olaraq nail olmuşuq. Kimisə fərqləndirmək düzgün deyil. Qazandığımız nəticələrə görə fəxr etməyə haqqımız çatır. Hazırda "Yuventus"un rəhbərliyi ilə münasibətlərim əladır. Əgər, bu baxımdan problem çıxmasa, işimizə davam edəcəyik. Kimlərki mənim hələ top-klubu çalışdıra bilməyəcəyimi düşünür, onlar yanılırlar. Çünki unutmayın ki, mən artıq top-klubda çalışıram". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail