"Fənərbaxça" "Barselona"nın uğurunu təkrarladı

09.03.2013 | 4554 dəfə oxunub

Avroliqanın 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Viktoriya"nı məğlub edən "Fənərbaxça" bununla da çexlərin evdəki məğlubiyyətsiz oyunlar seriyasına son qoyub. Stadium.az xəbər verir ki, "Viktoriya" cari mövsümdə ilk dəfə öz meydanında uduzub. Çexiya təmsilçisi "Fənərbaxça"ya qədər cari mövsüm avrokuboklarda keçirdiyi 7 ev oyunun hamısında qələbə qazanmışdı. "Viktoriya" ilk dəfə cari mövsümdə həm də meydanı qol vurmadan tərk etdi. 10 oyundan sonra meydanı məğlub qismində tərk edən Plzen klubu sonuncu dəfə avrokubolarda 2011-ci ildə "Barselona"ya 0:4 hesabı ilə uduzmuşdu. "Fənərbaxça"ya qədər "Viktoriya" cari mövsüm avrokuboklarda öz meydanında "Metallurq"u (Rustavi, Gürcüstan) 2:0, "Rux"u (Polşa) 5:0, "Lokeren"i (Belçika)1:0, "Akademika"nı (Portuqaliya) 3:1, "Hapoel"i (Təl-Əviv, İsrail) 4:0, "Atletiko"nu (İspaniya) 1:0, "Napoli"ni də (İtaliya) 2:0 hesabı ilə məğlub etmişdi.

Cari mövsüm Avroliqada 1/8 finala yüksələn komandalar arasında ən çox qol vuran ikinci kollektiv olan "Viktoriya" "Fənərbaxça"nın qapısına yol tapa bilmədi. Bununla da çexlər Türkiyə klublarına qarşı uğursuz sindroma son qoya bilmədilər. Buna qədər 2010/11 mövsümündə "Beşiktaş"la 2 dəfə üz-üzə gələn "Viktoriya" hər iki oyunda qələbəyə həsrət qalmışdı - 1:1 və 0:3. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail