Azərbaycan klubu çempionluq yolunda ağır zərbə aldı

08.03.2013 | 3674 dəfə oxunub

İran çempionatında 29-cu turun oyunları keçirilib. Stadium.az xəbər verir ki, bu tura qədər 55 xalla ikinci pillədə qərarlaşan Təbrizin "Traktorsazi" klubu səfərdə 56 xalla lider olan "İstiqlal"ın qonağı olub. Əksər mütəxəssislər çempionluğun məhz bu matçda həll olunacağını düşünürdülər. Lakin təəssüflər olsun ki, Güney Azərbaycanın fəxri prinsipial qarşılaşmadan məyus ayrılıb. "İstiqlal" 32-ci dəqiqədə Nekounamın vurduğu yeganə qol sayəsində qələbəni bayram edib. Tehran klubu 41-ci dəqiqədən meydanda azlıqda qalsa da, qələbə hesabını qorumağı bacarıb. "Traktorsazi" isə bu yenilgidən sonra üçüncü pilləyə yuvarlanıb. Hazırda "İstiqlal" 59 xalla birinci, "Sepahan" 56 xalla ikincidir. Qeyd edək ki, çempionatın sonuna 5 tur qalıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail