Məlikovla İsayev Türkiyə mətbuatının diqqət mərkəzində

08.03.2013 | 5383 dəfə oxunub

Bir müddətdir qripə yoluxan “Dənizlispor”dakı həmyerlilərimiz - Rail Məlikovla Arif İsayev artıq sağalıblar. Stadium.az xəbər verir ki, Raillə Arif artıq Türkiyə PTT Birinci Liqasının 25-ci turunda “Rizəspor”la oyunda forma geyməyə hazır olduqlarını bildiriblər. Həmyerlilərimiz Türkiyənin “Hürriyet” qəzetinin diqqət mərkəzinə düşüblər. Sözügedən qəzet Məlikovla İsayevin bir müddət öncə üzləşdiyi qrip epidemiyasından qurtularaq, komanda yoldaşlarına qoşulmasını diqqətə çatdırıb.

Futbolçularımız isə bununla bağlı fikirlərini ifadə edib: “Biz belə qriplə üzləşməmişdik. Addım atmağa halımız yox idi. Ancaq indi yaxşı vəziyyətdəyik. Baş məşqçimiz şans versə, “Rizəspor”a qarşı oynamaq istəyirik”.

“Hürriyet” qəzeti isə Raillə Arif haqında bunları qeyd edib: “Təxminən 10 gün əvvəl demək olar ki, komandanın yarısını əhatə edən qrip epidemiyası bu iki futbolçunu da yatağa saldı. 40 dərəcə istiliklə düz dörd gün xəstə yatan Məlikov Bolu səfərinə aparılmadı. Ayağındakı zədə səbəbindən üç həftə komandadan ayrı qalan İsayev də zədəsini sağaltmasına baxmayaraq, qrip qurbanı oldu və son anda Bolu səfərinə gedəcək heyətindən çıxarıldı. Ciddi müalicə nəticəsində sağlamlıqlarına qovuşan futbolçular “Rizəspor” matçında meydana çıxmaq üçün hazır olduqlarını ifadə ediblər”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail