Ramin Musayev Konrad Plautzla görüşüb

07.03.2013 | 4304 dəfə oxunub

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hakim Anar Salmanovun UEFA–nın istedadlar qrupunda mentoru olan Konrad Plautzla görüşüb. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, Konrad Plautz bu gün keçiriləcək Azərbaycan kubokunun ¼ final mərhələsinin “İnter” – “Bakı” cavab görüşündə Anar Salmanovun hakimliyini izləyəcək. Axırıncı dəfə 1996-cı ildə Bakıda olduğunu bildirən Konrad Plautz dünən axşam Bakını gəzdiyini və şəhərimizin çox gözəl olduğunu bildirdi.

Konrad Plautz Anar Salmanovla bağlı fikirlərini də bildirib: “Onu ilk dəfə gördüyümdən indiyə kimi çox böyük irəliləyişə nail olub, yerində saymayıb, öz üzərində çalışır və tapşırıqlarımı yerinə yetirir. İlk dəfədir ki, Azərbaycana mentor proqramı çərçivəsində nümayəndə gəlir, bu, sizin xeyrinizədir. Burada gördüklərimi Mark Battaya, Pierluidji Kollinaya və Jozef Markoya məruzə edəcəm. Bu, Anar Salmanov üçün gələcəyə açılmış bir pəncərədir”.

Görüşün sonunda Ramin Musayev və Konrad Plautz bir-birinə xatirə hədiyyələrini təqdim ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail