AZAL-ın sabiq üzvü: "Necə deyə bilərəm ki, azərbaycanlılar pis millətdir?

07.03.2013 | 6014 dəfə oxunub

“Belarusda oynadığım vaxt agentim Azərbaycana getməyi təklif etdi. Beləcə, “Olimpik”də peyda oldum. Ancaq çox qazanmadım”. Stadium.az xəbər verir ki, bu sözləri “Olimpik”in (hazırki AZAL-ın) sabiq futbolçusu Dmitri Parxaçov deyib. 

2007/08 mövsümündə Bakı klubunun heyətində çempionatın gümüş medalçısı olan sol cinah yarımmüdafiəçisi bildirib ki, vətəni Belarusda ehtiyatda qaldığından karyerasını ölkəmizdə davam etdirməyi üstün tutub: “Azərbaycan klubunda qazancım daha çox mükafat hesabına çıxırdı. Mövsüm bizim üçün uğurlu oldu. Çempionatda 2-ci yeri tutduq. Çempionluğu yalnız son turda əldən verdik”.
Azərbaycandan sonra karyerasını Qazaxıstanda bir sıra klublarda davam etdirən Dmitri 5 illik fasilədən sonra vətəninə dönərək, “Slaviya”ya keçib. “Olimpik”dən sonra bir daha ölkəmizə gələrkən “Kəpəz”də oynayan legioner müsəlman ölkələrinin mətbəxindən də danışıb: “Mənim Azərbaycanda kabab yox, başqa şey daha çox yadımda qaldı. Azərbaycanlılar istənilən yeməyə eyni şeyi qatırlar. Adı yadımda deyil, ancaq dadı spesifik idi. Onu hər yeməyə - şorbaya, kartofa, omletə qatırdılar. Mənim elə də xoşuma gəlmədi, ancaq heç nə edə bilməzsən”.
Qazaxıstanla Azərbaycan arasında müqayisə aparan Parxaçov daha çox Orta Asiya ölkəsini bəyəndiyini bildirib: “Ola bilər ki, bu, insanlarının mentalitetinə görə bizə yaxın olmağı ilə bağlıdır. Azərbaycanda isə yerli insanlarla sıx ünsiyyət qurduğumu deyə bilmərəm. Mənim azərbaycanlı agentim vardı. O, mənə çox kömək oldu, çətin anda məni xilas etdi. Həmin insana çox minnətdaram. Mən necə deyə bilərəm ki, azərbaycanlılar pis millətdir? Pis insanlar hər yerdə var və hər yerdə aldada bilər”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail