Şübhəli oyunlarla bağlı iclas keçirilib

07.03.2013 | 4055 dəfə oxunub

AFFA rəhbərliyinin təşəbbüsü ilə Apellyasiya və Ekspert Komitəsi şübhəli oyunlarla bağlı iclas keçirmişdir. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, iclasda AFFA-nın hüquqşünası Rəmiş Malıyev tərəfindən komitə üzvlərinə nəticəsi əvvəlcədən müəyyənləşdirilən şübhəli oyunlar və bu oyunlarla bağlı xüsusi qrupun apardığı araşdırmalar barədə məlumat verilmişdir. Komitə üzvləri xüsusi qrupun məlumatlarını və digər mənbələrdən AFFA-ya daxil olan məlumatları ətraflı müzakirə etmişlər. Müzakirələr zamanı əsas diqqət şübhəli oyunlarla bağlı komitənin qəbul edəcəyi müxtəlif növ cəza tədbirləri və bu tədbirlərin  ağırlıq dərəcəsi olmuşdur. Komitənin iclasında  Avropa Şurası çərçivəsində 2013-cü ildə qəbul olunması nəzərdə tutulan idman oyunlarının nəticələrinin manipulyasiyasına qarşı konvensiya da müzakirə olunmuşdur. İclasın yekununda qərara alınmışdır ki, AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasında danışılmış oyunlarla bağlı sərt cəza tədbirlərinin tətbiq olunması və bu cəzaların Premyer liqa yarışlarının intizam qaydalarına daxil edilməsi məsələsi qaldırılsın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail