“Rəvan” Lənkəranda məşqə çıxdı

07.03.2013 | 5140 dəfə oxunub

"Rəvan” futbol klubu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu üçün artıq Lənkərandadır. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komanda üzvləri uzun yol yorğunluğunu təxminən 2-3 saatlıq istirahətlə çıxardıqdan sonra Lənkəran şəhər mərkəzi stadionuna yollandı. 17:00-da başlayan və 1 saat davam edən məşqdə futbolçular isinmə hərəkətlərindən sonra əvvəlcə azacıq da olsa, fiziki hazırlıq üzərində çalışdı. Ardından "kvadratlar”la dar sahədə topu özündə saxlamaq qabiliyyətini nümayiş etdirən futbolçular məşqin sonunda qapıya zərbələr üzərində də işlədi.

Qeyd edək ki, zədədən əziyyət çəkən və bu üzdən "Bakı” ilə oyunda forma geyməyən Nikolay Orlovskinin durumu qənaətbəxşdir. Onun Lənkəranda meydana çıxacağı gözlənilir. Amma komandanın digər legioneri Samuel Barlay zədəlidir və o, "Xəzər Lənkəran”a qarşı matçda iştirak etməyəcək. Çünki heç cənub zonasına gəlməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail