“Qəbələ”nin indiki baş məşqçisi o vaxt mənim yanıma çox ağır vəziyyətdə gəlmişdi"

06.03.2013 | 5477 dəfə oxunub

Xəbnər verdiyimiz kimi, bu gün “Acıbadem” Sağlamlıq Qrupunun Bakıdakı əlaqələndirici ofisində xəstəxanalar şəbəkəsinin Azərbaycandakı tərəfdaşları – “Qəbələ” və “Bakı” klublarının nümayəndələri və jurnalistlərlə görüş keçirilib. Stadium.az "Qəbələ"nin rəsmi internet saytına istinadən xəbər verir ki, Acıbadem Sağlamlıq Qrupunda fəaliyyət göstərən və Azərbaycan futbol ictimaiyyətinin yaxından tanıdığı Professor Mehmet Binnetin iştirak etdiyi görüşdə “Qəbələ” baş məşqçi Ramiz Məmmədov, marketinq meneceri Səməd Nəsibov və futbolçu Viktor Mendi ilə təmsil olunub. Toplantı zamanı Mehmet Binnet görüş iştirakçılarına “Acıbadem”in  Azərbaycandakı işgüzar əlaqələri, tərafdaşları və gələcək planları barədə məlumat verib. Binnət çıxışı zamanı Azərbaycanla əlaqələri genişləndirməyi planlaşdırdıqlarını söyləyib. Görüşdə keçmiş karyerasına toxunan professor “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovla dost münasibətinin olduğunu da vurğulayıb: 

"Azərbaycandan bir çox idmançını əməliyyat etmişəm. Onlardan bəlkə də ən çətini Ramiz Məmmədovun zədəsi idi. “Qəbələ”nin indiki baş məşqçisi o vaxt mənim yanıma çox ağır vəziyyətdə gəlmişdi. İndi biz çox yaxın dostuq. Mənə azərbaycanlı idmançılarla işləmək çox xoşdu. Çünki əslim azərbaycanlıdır. Vaxt var idi türkiyəli idmançılar da Almaniyaya qaçardılar. Amma indi biz özümüz onları müalicə edə bilirik. Hətta xaricdən bizim yanımıza gəlirlər. Artıq hər cür şəraitimiz var. Sizin həkimlərə hələ vaxt lazımdı. Fikrimcə, 5-10 ildən sonra sizin oyunçuların da harasa getməsinə ehtiyac qalmayacaq". 

Baş məşqçi Ramiz Məmmədov da öz növbəsində “Acıbadem” Sağlamlıq Qrupuna və Professor Mehmet Binnətə təşəkkürünü bildirib. “Qəbələ” Futbol Klubunun “Acıbadem”lə tərəfdaşlığından məmnun olduğunu bildirən Məmmədov zaman ötdükcə tərəflər arasında əlaqələrin genişlənəcəyinə inandığını bildirib.

Görüşün sonunda Mehmet Binnet jurnalistlərin suallarını cavablandırıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail