AFFA-nın vitse-prezidenti Şanxay Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb

06.03.2013 | 3561 dəfə oxunub

Bugünlərdə Milli Məclisin deputatı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının I vitse-prezidenti Rauf Əliyev Çində səfərdə olub. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, səfər proqramı çərçivəsində R.Əliyev Şanxay Futbol Federasiyasının rəhbərliyi ilə görüş keçirib. Görüşdə R.Əliyev futbolun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilən layihələri, futbolun kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclər arasında bu idman növünün təbliğinin gücləndirilməsi, eyni zamanda gənclərə sağlam həyat tərzinin aşılanması məqsədilə görülən işləri qeyd edib, Azərbaycanda digər idman növləri ilə yanaşı futbolun da inkişaf yolunda olduğunu bildirib.
Təklif irəli sürülüb ki, AFFA ilə Şanxay Futbol Federasiyası arasında əməkdaşlıq yaradılsın, yeniyetmə və gənclərdən ibarət Azərbaycan komandalarının Şanxayda təlim-məşq toplanışları və yoldaşlıq görüşləri, eyni zamanda çinli futbolçuların ölkəmizdə analoji tədbirləri təşkil olunsun. Təklifi hər iki tərəf müsbət qiymətləndirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail