Lənkəran səfəri ərəfəsində son məşq

05.03.2013 | 4667 dəfə oxunub

"Rəvan” futbol klubu Azərbaycan Kubokunun cavab 1/4 final matçı üçün hazırlıqlarını davam etdirir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komanda "Xəzər Lənkəran”la səfərdə keçirəcəyi görüş ərəfəsəində bu gün "Bayıl Arena”da son məşqinə çıxıb.

Qeyd edək ki, bazar günü "Bakı” ilə Topaz Premyer Liqası çərçivəsində qarşılaşan "Rəvan” artıq bazar ertəsindən kubok oyununa hazırlaşır. Başqa sözlə, futbolçulara bu sız qrafikdə istirahət verilməyib. Dünən "Bakı” ilə matçda oynayanlar "bərpa prosesi” keçmişdisə, bu gün bütün komanda tam məşq etdi. İsinmə hərəkətlərindən sonra futbolçular fiziki hazırlıq üzərində çalışdı. Məşqçilər bu yolla futbolçularda fiziki dözümlülüyü daha da artırmağı düşünür. 

Məşqin ikinci hissəsi taktiki-texniki hazırlığa həsr edilib. Qapıya zərbələr, cərimə zərbələrinin yerinə yetirilməsi, dar sahədə ani ötürmələr üzərində çalışdıqdan sonra futbolçular meydanda daha 2 dəfə dövrə vurub məşqi bitirib.

Qeyd edək ki, bu, "Xəzər Lənkəran”la kubokun cavab matçı öncəsi Bakıdakı son hazırlıq idi. Çünki sabah səhər tezdən komanda Lənkərana üz tutacaq və növbəti məşqi oyunun baş tutacağı Lənkəran şəhər mərkəzi stadionunda həyata keçirəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail