Türkiyə futbolunun əfsanələri Bakıya gəlir

05.03.2013 | 5465 dəfə oxunub

Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Bakıda keçiriləcək yoldaşlıq görüşündə iştirak etmək üçün dünyanın bir sıra məşhur veteran futbolçuları ilə danışıqlara başlanılıb. Stadium.az xəbər verir ki, bu haqda Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev məlumat verib.
 
Onun sözlərinə görə, veteran futbolçular Almaniya, Hollandiya, Türkiyə və keçmiş SSRİ respublikalarından olacaq. Abdullayev bildirib ki, mümkün namizədlər Hollandiyadan Ronald de Bur, Türkiyədən Bülent Korkmaz və Hakan Şükür, Rusiyadan Rinat Dasayev, Vagiz Xidyatullin, Ukraynadan İqor Belanov, Leonid Buryak, Vitali Şevçenkodur. Onlarla danışıqlarda vasitəçiliyi AFFA edəcək. Almaniyalı veteranlarla isə danışıqları milli komandamızın baş məşqçisi Berti Foqts aparacaq.  
 
Azərbaycan və dünyanın veteran futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq görüşü mayın ilk günlərində baş tutacaq. Ardından veteranlarımız Özbəkistana səfər edəcəklər. Onlar Daşkənddə Özbəkistanın veteranları ilə qarşılaşacaqlar. Görüş ölkəmizin Özbəkistandakı səfirliyinin dəstəyi ilə baş tutacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail