Aşağı yaş qruplarında "Qəbələ" hegemonluğu

05.03.2013 | 4290 dəfə oxunub

Ölkədə uşaq futbolunun inkişafına xüsusi diqqət ayıran “Qəbələ” Futbol Klubu aşağı yaş qrupları üzrə çempionatlarda göstərdiyi oyun və əldə olunan nəticələrlə işini nə dərəcədə doğru qurduğunu açıq şəkildə nümayiş etdirir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, hazırda U-11, U-13, U-14, U-15, U-16 və U-17 Liqalarında mübarizə aparan “qırmızı-qaralar” bütün çempionatlara liderlik edir. İstedadlı və peşəkar futbolçu yetişdirməyi qarşısına məqsəd qoyan “Qəbələ” Futbol Akademiyası prinsiplərinə uyğun olaraq futbolçulara hər oyunda qələbə qazanmaq tapşırığı verməsə də, nümayiş etdirilən gözəl oyununun məntiqi nəticəsi kimi qalibiyyətlər sıralanır.

U-11 Liqasının Şimal-Qərb və Qarabağ regionu üzrə çempionatında mübarizə aparan “Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası keçirdiyi 8 oyunu maksimum nəticə ilə tamamlayıb. Rəqib qapılarına 33 dəfə yol tapan Zaur Hacıyevin yetirmələri qapılarında yalnız bir top görüblər. 

U-13 Liqasının Şimal-Qərb və Qarabağ regionu üzrə çempionatında da “Qəbələ” məğlubiyyətsiz turnir cədvəlinə liderlik edir. Keçirdiyi 9 oyunda 8 qələbə qazanan və 1 matçdan sülhlə ayrılan Sərdar Qafarovun komandası rəqib qapılarından 47 top keçirib. 2 dəfə isə “meşin yuvarlağ”ın çərçivədən keçməsinə mane ola bilməyib.

14 yaşa qədər futbolçulardan ibarət komandamız mübarizə apardığı U-14 Liqasının Şimal-Qərb və Qarabağ regionu üzrə çempionatında aşkar hegemonluğunu davam etdirir. 9 oyunu maksimum nəticə ilə tamamlayan Şəhruz Mustafayevin yetirmələri qapılarını toxunulmaz saxlamağı bacarıblar. Əvəzində isə rəqiblərini nə az, nə çox 74 dəfə meydançanın mərkəzinə dəvət ediblər. 

Kapital Bank U-15 Liqasının A qrupunda çıxış edən “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası “doqquzluğ”un şəriksiz lideridir. Keçirdiyi 13 oyunda 39 xal toplayan Hüseynqulu Quliyevin yetirmələri rəqiblərini 65 dəfə məyus etməyi bacarıblar. “Qırmızı-qaralar” qapılarında cəmi 6 qol görüblər.

Arxada qoyduğu 12 turda 10 qələbə qazanan “Qəbələ”nin 16 yaşa qədər futbolçulardan ibarət komandası  U-16 Liqasına başçılıq edir. 1 heç-heçə və 1 məğlubiyyət alan “qırmızı-qaralar” 77 dəfə fərqlənməyi bacarıblar. Əvəzində isə qapılarında 9 top görüblər. Çempionatın ən sərrast futbolçuları siyahisına “Qəbələ”ni təmsil edən Viqar Əlibabayev başçılıq edir – 30 qol.

Azercell U-17 Liqasında da eyni mənzərə müşahidə olunur. Keçirdiyi 14 oyunda 13 qələbə qazanan “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası yalnız bir dəfə - bir heç-heçə ilə xal itkisinə məruz qalıb. Arxada qoyduğu 14 tur ərzində rəqiblərini 47 dəfə meydançanın mərkəzinə dəvət edən “qırmızı-qaralar” qapılarında 14 top görüblər. Bombardirlər cədvəlinə  24 qolla “Qəbələ”nin hücumçusu Ehtiram Şahverdiyev başçılıq edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail