"Qarabağ"ın futbolçusu İnyesta ilə müqayisə olunmağından danışdı

04.03.2013 | 5163 dəfə oxunub

"Deməzdim ki, xüsusi bir həyəcanım vardı. Təbii ki, "İnter"lə oyun olduğuna görə bir qədər fərqlilik vardı". Stadium.az xəbər verir ki, bu sözləri "İnter"lə oyun haqda danışarkən klubun rəsmi saytına verdiyi çıaqlamada "Qarabağ"ın üzvü Toğrul Bilallı deyib. Gənc futbolçu baş məşqçi Qurban Qurbanov tərəfindən aldığı tapşırıqlardan da danışdı: "Turnir cədvəli baxımından oyun vacib idi. Görüşdən qabaq Qurban müəllim nə dedi? Bildirdi ki, rahat ol, təlim-məşq toplanışında oyunlara neçə çıxırdınsa eyni tərzdə meydana çıx. Dedi ki, mümkün qədər Vüqar və Əfranın sürətindən istifadə et. Onları topla təmin etməyimi istədi. İlk hissədən sonra Qurban müəllim mənə təşəkkür etdi. Oyunuma qiymət verməyim düzgün olmaz. İlk hədəfim daha çox oynamaq şansı qazanmaqdır. Meydanın mərkəzində, hücumçuların arxasında oynamaq mənə daha xoşdur. Avropada bu mövqedə oynayanlardan Xavi, İnyestadan xoşum gəlir. Yox, komanda yoldaşlarım ona görə məni "İnyesta" çağırmırlar (gülür). Bəlkə də onun kimi sakitəm və onun kimi qol vurmaqdan daha çox ötürmə verməkdən xoşum gəlir. Azərbaycanda isə Rəşad Sadiqov "Qarabağ"da oynayarkən mənə nümunə olub. Futbolumuzda pleymeyker probleminin olub-olmadığını deyə bilmərəm. Özümü xilaskar saymıram. Mənim futbol istəyim, daha sadə futboldur: daha çox ötürmə və komanda naminə oynanılan futbol..." 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail