"Xəzər Lənkəran"ın tarixində ilk dəfə

04.03.2013 | 5565 dəfə oxunub

Topaz Premyer Liqasının XXII turunun “Sumqayıt”la ev oyunu Roberto Alvizin dublu ilə əlamətdar oldu. “Xəzər Lənkəran”ın 9 illik tarixində 66-cı dəfə komandanın futbolçusu 1 oyunda 2 qol vurdu. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, təsnifat mərhələsinin son turundakı bu dubl əvvəlkilərdən fərqləndi.
 
Belə ki, klub tarixində ilk dəfə 1 oyunçu eyni matçda vurduğu hər 2 qolu penalti zərbəsindən gerçəkləşdirdi. “Xəzər Lənkəran”da indiyədək penaltilərlə dubl edən futbolçu olmamışdı. Alviz buna nail olan ilk oyunçu kimi tarixə düşdü.
 
Cari mövsümdə çempionatda yerinə yetirdiyi 11 metrlik zərbələrin sayını 3-ə çatdıran legioner hər 3 halda dəqiq olub. O, klub tarixində 1 çempionata 3 və daha çox penalti vuran 4-cü oyunçudur. Çempionluğun qazanıldığı 2006/07 mövsümündə Zaur Ramazanov 6, 2004/05 mövsümündə Oqtay Dərəlioğlu 4, 2009/10 mövsümündə isə İvan Svetkov 3 penalti vurmuşdu. Onların hamısı Alviz kimi 100 faizlik dəqiqlik nümayiş etdirib.
 
Ümumilikdə isə klub tarixində 15 futbolçu üst-üstə 36 penalti zərbəsi vurub. Bu zərbələrdən 32-si dəqiq, 4-ü qeyri-dəqiq olub: Zaur Ramazanov - 8 (1 qeyri-dəqiq), İvan Svetkov – 5, Branimir Subaşiç, Oqtay Dərəlioğlu – hərəsi 4, Roberto Alviz – 3, Samir Əliyev – 2, Mario Souza - 2 (1 qeyri-dəqiq), Mahmud Qurbanov, Vyaçeslav Lıçkin, Julius Vobay, Yakuba Bamba, Bəxtiyar Musayev, Katalin Lita – hərəsi 1, Miroslav Saviç, Allan Lalin – 1 (1 qeyri-dəqiq).
 
Alviz “Xəzər Lənkəran”ın cari mövsümdəki 5-ci dublunun müəllifi oldu. Ona qədər Manuel Skarlatake və Dimitrios Sialmas hərəyə 2 dəfə bunu bacarmışdı. Ümumilikdə ilk dəfə dubl müəllifi olan Alviz klub tarixində bunu bacaran 35-ci futbolçu oldu: Zaur Ramazanov – 8 (6-sı çempionatda, 2-si kubokda), Vüqar Nadirov – 5 (1-i çempionatda, 4-ü kubokda), Samir Əliyev – 4 (3-ü çempionatda, 1-i kubokda), Allan Lalin, Edmand Ntiamoa – hər ikisi 3 (3-ü çempionatda), İvan Svetkov – 3 (2-si çempionatda, 1-i kubokda), Rahid Əmirquliyev – 3 (2-si çempionatda, 1-i Birlik kubokunda), Emin Quliyev, Oqtay Dərəlioğlu, Romulo Silvano, Dimitrios Sialmas, Manuel Skarlatake – hamısı 2 (2-si çempionatda), Ceyhun Sultanov, Rəşad Abdullayev – hər ikisi 2(1-i çempionatda, 1-i kubokda), Klaudianu Radukanu - 2 (2-si kubokda), Mario Souza – 2 (1-i çempionatda, 1-i Birlik kubokunda), Alim Qurbanov, Bəxtiyar Musayev, Branimir Subaşiç, Elvin Beqiri, Eder Bonfim, Emeka Opara, Əhməd Dursun, Xaqani Məmmədov, Paşa Əliyev, Uinston Parks, Yakuba Bamba, Roberto Alviz – hərəsi 1 (çempionatda), İlqar Qurbanov, Junior Osvaldo, Katalin Doman, Mahmud Qurbanov, Marinko Petkoviç, Robert İlyeş – 1 (kubokda), Nadir Nəbiyev - 1 (Birlik kubokunda).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail