Xocalı faciəsi niyə yad edilmədi?

04.03.2013 | 5077 dəfə oxunub

Düzü, Premyer Liqanın 21-ci turunda baş tutan 6 qarşılaşmadan əvvəl Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə PFL tərəfindən tədbirlər keçiriləcəyini, ən azından faciə qurbanlarının xatirəsinin oyunlardan əvvəl bir dəqiqəlik sükutla yad olunacağını düşünürdüm. Amma bu baş vermədi. Həmin turun oyunları 22-24 fevral aralığında baş tutduğundan, gözlənilirdi ki, anım ayın 27-faciənin ildönümümün ertəsi günü gerçəkləşəkə. Təəssüf ki, yenə belə bir halla rastlaşmadıq. Doğrudur, fevralın 26-da bütün klublar Xocalı faciəsini yad etdilər. Bəs oyun günü bu niyə baş vermədi? olsun ki, ildönümdən bir gün keçmişdi? Əgər hansısa futbol veteranı ya klub işçisinin dünyasını dəyişdiyi gün 2-3 gün fərqlə yad edilirsə, xocalılılar nədən yad edilməsin? Buna görə heç maliyyə vəsaiti lazım deyil.

Ümumiyyətlə, futbolumuzda bu kimi hallar birinci dəfə deyil ki, baş verir. Şahidi olduğum bir hadisəni misal çəkəcəm. 2007-ci il məhz fevralın 26-da (onda PFL yaranmamışdı) Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunun çərçivəsindəBakıTofiq Bəhrəmov adına Respublika stadionundaXəzər-Lənkəranı qəbul edirdi. “Bakırəhbərliyi bir neçə dəfə AFFA-nın Yarışların Təşkili Keçirilməsi Departamentinə oyunun vaxtının dəyişdirilməsi ilə bağlı rəsmi müraciət unvanlamışdı. Onlar fikirlərini belə əsaslandırırdılar ki, matəm günüdü, qol vurululacağı ya qələbə qazanılacağı təqdirdə sevinmək yersiz olardı. AFFA rəhbərliyi müraciəti cavabsız qoymuşdu, oyunun elə 26-  keçirilməli olduğunu bildirmişdi. Yeri gəlmişkən, həmin vaxt departamentin rəhbəri Məlik Həsənov idi. İndi Məlik müəllim PFL- həmin vəzifədədi. O ki qaldı 2007- baş tutanBakı”-”Xəzər Lənkaranoyununa, meydan sahiblərinin arzusu gözündə qaldı. Görüş cənubluların 2:0 hesablı qələbəsi ilə başa çatdı. Mətləbdən uzaqlaşmayaq, bu haqda klub nümayəndələrinin  fikirlərini öyrəndik.

Rəvanfutbol klubunun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov: “Oyundan bir gün əvvəl baş tutan məşqdən öncə Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Futbolçularla 10 dəqiqəyə yaxın söhbət etdik. Onlara, əsasən əcnəbilərə hadisə barədə geniş məlumat verdik. “Xəzər-Lənkəranla oyundan əvvəl isə matçın təşkilatçılarından faciənin yad olunması ilə bağlı hər hansı tədbirin olacağı barədə soruşdum. Onlar PFL tərəfindən belə bir təlimatın verilmədiyini bildirdilər. Hər halda, faciə qurbanlarının ruhuna ehtiram əlaməti olaraq, oyundan əvvəl fasilə zamanı stadionda səsləndirilən musiqini ləğv etdik. Təkcə, rəsmiyyət xarakteri daşıdığından, PFL-in himni səsləndi.

Mən özüm bir ilə yaxındı ki, “RəvandayamNəinki mən, o cümlədən klub rəhbərliyi həmişə belə hallara həssas yanaşmışıq. 20 Yanvar faciəsində şəhidlərin məzarını ziyarət etmişik. PFL tərəfindən hər hansı bir təklif olsaydı, ev sahibi kimi canla-başla ferinə yetirməyə hazır idik”.

 “Simurqun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev: “Hamı kimi biz ayın 26-da məşqən əvvəl şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdik. Bundan başqa, legioner futbolçularla faciə haqqında təbliğat xarakterli söhbətimiz oldu. Əksəriyyətinin Xocalı faciəsindən xəbərləri var idi. Həm onlara, həm yenilərə bu barədə geniş informasiya verildi.

O ki qaldı oyun gününə, “Neftçiilə matçdan əvvəl komandanın azyaşlı azarkeşi dünyasını dəyişmişdi. Onun şəhidlərin xatirəsini yad etmək üçün PFL- telefon əlaqəsi saxladıq. Amma, icazə verilmədi. Bizə xoş olardı ki, onların ruhuna ehtiram əlaməti olaraq, ən azından qolumuzda qara sarğı ilə oyuna çıxaq. PFL-in oyunların keçirilməsi ilə bağlı əsasnaməsi var. Əsasnamədə bu cür hallar zamanı onların icazəsi olmadan  hər hansı addım atılmasına icazə verilmir. Biz əsasnaməyə uyğun hərəkət etdik”.

Rüstəm müllimin fikirlərinə bir balaca münasibət bildirmək yerinə düşərdi. Əgər belə istəyiniz həqiqətən var idisə, onda əsasnaməni pozmağa dəyərdi. Quran ayəsi deyil ki? Uzağı buna görə PFL sizi cərimə edəcəkdi. 3-5 manat cərimə xocalılıların azyaşlı azarkeşin ruhunun yanında nədi ki? Sözün düzü, buna görə heç cərimə  kəsiləcəyinə inanmıram da. Təsəvvür edin ki, PFLSimurqu oyundan əvvəl Xocalı faciəsində şəhid olan həmvətənlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməsinə görə ziyana salır. Olası hal deyil.

Bakıfutbol klubunun mətbuat xidmətinin rəhbəri Nəriman Mehdiyev: “Faciə günü klubun bazasındaXocalını unutma!” şüarı altında bir neçə tədbir keçirdik. 200-ə yaxın uşaq, valideyn ictimaiyyət nümayəndələri bu tədbirlərdə iştirak etdi. Həmin gecə şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, tədbir iştirakçıları ilə təbliğat xarakterli söhhətlər oldu, faciə haqqında kitablar paylandı. Umümiyyətlə, klubumuz belə hadisələrə çox həssas yanaşır. Xocalı faciəsi müasir Azərbaycan tarixinin qara bir səhifəsidi. O ki qaldı matçan əvvəl şəhidlərin yad edilməsinə, əgər oyun ayın 26-da keçirilsəydi, sözsüz bu yöndə lazım olan bütün addımları atacaqdıq”.

Qəbələnin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev   digər həmkarları kimi oyundan əvvəl belə bir tədbirin baş tutmamasını faciənin ildönümünün matçdan bir gün əvvəl baş verməsi ilə əlaqələndirdi: “Fevralın 26-da klub daxilində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunduğundan rəhbərlik ertəsi gün buna ehtiyac duymadı”.

Sonda PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevin dediklərini diqqətinizə çatdırırıq. Əvvəlcədən qeyd edim ki, Aslan bəyin fikirləri digərlərinin söylədikləri ilə üst-üstə düşdü: “Bilirsiniz ki, kubok oyunları faciənin ildönümündən bir gün sonra baş tutmuşdu. Əgər fevralın 26-da keçirilsəydi, təbii ki, faciə qurbanlarının xatirəsi lazımi səviyyədə yad ediləcəkdi. Birincilikdə iştirak edən klubların hamısı həmin gün axşam saat  5- 1 dəqiqəlik sükutla şəhidləri yad ediblər. Bəziləri məşqdə, bəziləri isə... HəttaNeftçirəhbərliyi Zaqatalaya gedərkən, yolda komandanı aparan avtobusu saxlayaraq bu addımı atıblar”.

İlqar TAĞIYEV, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail