Turda rekord, “Dalğa Arena”da antirekord

04.03.2013 | 3642 dəfə oxunub

Topaz Premyer Liqasında mövsümün 300-cü qolu vurulub. Stadium.az PFL-in internet saytına istinadən xəbər verir ki, nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” oyunundakı texnki nəticə nəzərə alınmasa, təsnifat mərhələsinin son turunadək 295 qol vurulmuşdu. Günün 5-ci qolu yubiley xarakteri daşımalı idi. Eyni saatda başlayan AZAL – “Qəbələ” və “Bakı” - “Rəvan” matçlarının hər ikisinin 12-ci dəqiqəsində qol vuruldu. Bunadək artıq 4 top qeydə alınmışdı. Mustafa Dabonun AZAL, Şəhriyar Rəhimovun “Bakı”ya vurduğu qollar 300-cüyə şərik oldular.
Qeyd edək ki, 2012/13 mövsümünün ilk qolunu “Kəpəz”də oynadığı vaxt İrakli Beraya, 100-cü qolunu “İnter”li Nizami Hacıyev, 200-cünü AZAL-ın hücumçusu Zohair Benouahi vurub.

22-ci turun 6 oyununda qapılara ümumilikdə 21 qol vuruldu. Bu da mövsümün yeni rekordudur. Bunadək ən çox – 19 qol 2 dəfə 11-ci və 13-cü turlarda vurulmuşdu. Son turun orta məhsuldarlığı 3,50-yə bərabər oldu. Cəmi 4 matçın baş tutduğu 4-cü turda da orta rəqəm 3,50 idi. Ən az – 7 qol isə 7-ci və 10-cu turlara təsadüf edib. 7-ci turda 5, 10-cu turda isə 6 matça cəmi 7 qol vurulub. 
Qeyd edək ki, 6 oyun təxirə salındığı üçün müxtəlif vaxtlarda baş tutub.

Tur

oyun

Qol

orta

1

5

13

2,60

2

6

11

1,83

3

6

17

2,83

4

4

14

3,50

5

6

17

2,83

6

5

13

2,60

7

5

7

1,40

8

6

10

1,67

9

6

12

2.00

10

6

7

1,17

11

6

19

3,17

12

6

11

1,83

13

6

19

3,17

14

6

13

2,17

15

6

15

2,5

16

5

11

2,2

17

6

11

1,83

18

5

13

2,6

19

6

16

2,67

20

6

18

3

21

6

13

2,17

22

6

21

3,5

Təxirə salınan oyunlar

6

15

2,5

Cəmi

131

316

2,41



Nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” oyunu nəzərə alınmamaqla təsnifat mərhələsində 131 matç keçirilib. Bu qarşılaşmalarda 316 qol vurulub. Orta məhsuldarlıq 2,41-ə bərabər olub. Bu qolların 183-nü meydan sahibləri, 133-nü qonaqlar vurub. İlk hissədə 143, fasilədən sonra 173 top vurulub. Meydan sahibləri birinci hissədə də (82:61), ikinci hissədə də (101:72) qonaqlardan çox fərqlənib. 316 qoldan 24-ü penaltidən vurulub. 8-i isə avtoqol kimi qeydə alınıb. Təsnifat mərhələsində 2 poker, 1 het-trik, 22 dubla təsadüf olunub.

Qol sayında rekordla əlamətdar olan 22-ci turda bir antirekord da qeydə alınıb. “Kəpəz” – “Simurq” matçını cəmi 50 tamaşaçı izləyib. Gəncə təmsilçisinin “Dalğa Arena”da keçirdiyi ev oyunu Premyer Liqanın təsnifat mərhələsində ən az tamaşaçının qeydə alındığı qarşılaşmadır.
Qeyd edək ki, ən çox tamaşaçı isə 19-cu turun “Xəzər Lənkəran” – “İnter” matçına təsadüf edib – 11000.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail