Cavid İmamverdiyev sonuncu dəfə şans istədi

03.03.2013 | 5241 dəfə oxunub

“Neftçi” klubunda daxili iclas keçirilib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş toplantıda klub rəhbərliyi, məşqçilər heyəti və futbolçular iştirak edib. “Simurq” klubu ilə oyunda qeyri-etik davranışı səbəbindən qırmızı vərəqə ilə cəzalandırılmış futbolçu Cavid İmamverdiyev klub prezidentinə müraciət edərək, ilk dəfə olaraq belə bir davranışa yol verdiyini və səhv addım atdığını deyib. 

Məşqçilər heyəti və futbolçular da Cavid İmamverdiyevin bir daha belə səhv addım atmayacağına əminliklərini ifadə ediblər. İlk dəfədir ki, bu hala yol verdiyini deyən futbolçu bunun bir daha təkrarlanmayacağını söz verib:“Simurq”la oyunda emosional davranmaqla səhvə yol verdim. İndiyə kimi heç bir halda rəqib futbolçulara qarşı qeyri-etik davranışım olmamışdı. Təbii ki,səhvimi başa düşürəm və bunun bir daha təkrarlanmayacağına söz verirəm. Klub rəhbərliyi və məşqçilər heyətindən mənə sonuncu dəfə şans vermələrini istədim. Söz verirəm ki, azarkeşlərimiz Avropa Liqası oyunlarında gördükləri Cavid İmamverdiyevi altılıq oyunlarında da izləyəcəklər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail