Əziz Yıldırım dövlətdən yardım istədi

01.03.2013 | 5406 dəfə oxunub

"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım UEFA tərəfindən növbəti dəfə cəzalanmalarına qarşı çıxıb. Stadium.az xəbər verir ki, bu qərarı haqsızlıq kimi dəyərləndirən klub prezidenti maddi baxımdan böyük ziyana düşdüklərini qeyd edib. Ə.Yıldırım bu problemi həll etmək üçün dövlətdən yardım istəyib: "BATE-nin ardınca indi də "Viktoriya" ilə görüşü azarkeşsiz keçirməliyik. Bu, düzgün deyil. Yenə də böyük ziyana düşəcəyik. Böyük miqdarda pul itirmək məcburiyyətində qalırıq. Amma indi məsələyə dövlət qarışmalıdı. Çünki maddi məsələlər ikinci plandadı. Ziyanı çətinliklə də olsa, qarşılıya bilərik. Amma ardıcıl belə cəzalar almağımız doğru ola bilməz. Bu məsələni həll edə biləcək yeganə qurum var - dövlət! Bu işi nə mən, nə də idarə heyətimiz həll edə bilər, problemin həlli dövlətdədir".

Xatırladaq ki, Avroliqanın qrup mərhələsində "Marsel"lə oyunda tribunada baş verən olaylaya görə UEFA əvvəlcə "Fənərbaxça"nı 1 oyunluq cəzalandırdı. Bu səbəbdən də İstanbul klubu 1/16 final mərhələsində BATE ilə ev oyununu azarkeşsiz keçirdi. Daha sonra isə qitə futbol qurumu yenidən "sarı-lacivərdlilər"i cəzalandırmaq qərarına gəlib. UEFA-nın qərarına əsasən, 1/8 final mərhələsində "Viktoriya" ilə matçı da azarkeşsiz keçirməli olan "Fənər" qarşıdakı iki il ərzində olayların təkrarlanması halında 1 illiyinə avrokuboklardan kənarlaşdırılacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail