Ziya Məmmədov yenidən Azərbaycan Voleybol Federasiyasının prezidenti seçildi

28.02.2013 | 5684 dəfə oxunub

Fevralın 27-də Azərbaycan Voleybol Federasiyasının (AVF) VI hesabat-seçki konfransı keçirilib. AVF-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Voleybol Mərkəzində təşkil olunan konfransın gündəliyində 3 məsələ olub. 

Bunlar 2009 - 2012-ci illlər ərzində federasiyanın fəaliyyəti haqqında baş katib Elşən İsmayılovun hesabatı, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı Faiq Qarayevin rəhbərliyi altında Təşkilat Komitəsinin yaradılması və AVF-nin rəhbər orqanlarının seçilməsi olub.
Tədbiri AVF-nin prezidenti Ziya Məmmədov açaraq, konfrans iştirakçılarını salamlayıb. Vitse prezident Vaqif Əliyev son 4 ildə ölkə voleybolundakı inkişafdan danışıb. İsmayılov isə hesabatında milli komandamızın Avropa çempionatına vəsiqə qazanması, klublarımızın Avropa kuboklarında uğurlu çıxışını qeyd edib. Qarayev isə millimizin qarşısındakı yarışlarından danışıb. Konfransda qarşıdakı illərdə kişi voleybolunun və çimərlik voleybolununda inkişafı üçün böyük işlərin başlandığı qeyd edilib.
Sonda Ziya Arzuman oğlu Məmmədov yenidən AVF prezidenti seçilib. Məmmədov qarşıdakı illərdə voleybolda daha böyük inkişafın olacağına əminlik ifadə edib. O, Azərbaycanda voleybol ictimaiyyətinin artıq bir ailə kimi mehriban olduğunu vurğulayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail