Bakıda futbol üzrə dünya kuboku keçiriləcək

27.02.2013 | 4078 dəfə oxunub

Bu gün Azərbaycan Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının 1-ci Dünya Futbol Kubokunun Bakıda təşkili haqqında müqavilə imzalanıb. Stadium.az "Trend”ə istinadən xəbər verir ki, müqaviləni Azərbaycan tərəfindən müdafiə nazirinin müavini, general leytenant Çingiz Məmmədov, Beynəlxalq Hərbi İdman Şurası tərəfindən isə Şuranın sədri polkovnik Hamand Kalkuba Malboum imzalayıb.

Müqaviləyə əsasən, cari il aprelin 29-da kubokun püşkatma, iyulun 2-də açılış və iyulun 14-də bağlanış mərasimləri keçiriləcək.

Bu çempionatda BHİŞ-ə üzv ölkələrdən 16 komandanın iştirakı gözlənilir. Bu günə qədər məlum olan komandalar Amerika qitəsindən Braziliya, ABŞ, Kanada, Afrika qitəsindən Əlcəzair, Kamerun, Fil Dişi Sahili, Keniya və Mali, Avropa qitəsindən Almaniya, Fransadır, üçüncü komanda isə martın 8-də Niderland ilə Kipr arasında keçiriləcək oyunun nəticəsində məlum olacaq. Asiya qitəsindən Oman, İraq, Bəhreyn və Qətər, 16-cı komanda isə ev sahibi kimi Azərbaycan olacaq.

BHİŞ ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 500-ə qədər idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının 100 nəfərə yaxın olması gözlənilir.
Yarışlar "Şəfa", "Dalğa", "Bayıl" və "Zirə" stadionlarında keçiriliəcək.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosasiyasının İcra Komitəsinin üzvlərindən ibarət təşkilat komitəsi yaradılıb və fəaliyyətə başlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail