Tahir Gözel: "Baş verən faciə bir millətin, xalqın deyil bütün bəşəriyyətinin üzüntüsüdür"

26.02.2013 | 5443 dəfə oxunub

Qan tariximiz heç vaxt unudulmur. 21 il öncə Qarabağda, Xocalı şəhərində törədilmiş soyqırım faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Stadium.az xəbər verir ki, faciənin 21-ci il dönümündə "Qarabağ" Futbol Klubunun vitse-prezidenti Tahir Gözel klubu ziyarət edib. Daim önəmli günlərdə komandanı tək qoymayan başqan bu dəfə komandayla birgə faciəni yad edib.

Başqan bu dəfə aşağı yaş qruplarıyla görüşüb. Öncə faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardınca Tahir bəy 21 il öncə baş verən faciə haqqında danışıb. Məsələyə hər zaman olduğu kimi fərqli yöndən yanaşan başqan baş verən faciənin bir millətin, xalqın deyil bütün bəşəriyyətinin üzüntüsünün olduğunu qeyd etdi. Tahir bəy yaradılış qayəmizdən danışaraq qeyd etdi ki,  yer üzərinin bütün insanları eyni yaradılıb, sonra isə insanlar qəlblərindəki tamaha yenilərək Xocalı kimi faciələri törədirlər. 100-lərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməyəcəyini qeyd etdi. Xocalıda baş verənlərin insanlıq üçün utancverici olduğunu bildirdi. Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil bütün insaniyyətin övladları olduğunu bildirdi. Hər birimizin öncə insan olduğunu və yaradılış qayəmizdə qan tökməyin, pislik etməyin olmadığını vurğuladı.

Tahir bəy tarixi yaşatmaq, tarix üçün şəhid düşənlərin xatirələrinin yaşadılması üçün hər birimizin üzərinə düşən vətəndaşlıq görəvinin artıqlamasıyla yerinə yetirilməli olduğunu vurğuladı. Yeniyetmələrin təhsillərinə xüsusi yanaşmalarının şəhidlərin uğrunda öldükəri amallarının dəyər qazanması üçün bir-birimizlə sıx mənəvi tellərlə bağlanmaq lazım gəldiyini ifadə etdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail