"Biz futbolçuyuq, harda tapşırırlarsa, orda da oynayırıq"

25.02.2013 | 5719 dəfə oxunub

“Oyuna yaxşı başladıq. Amma sona kimi üstünlüyü əlimizdə saxlaya bilmədik və nəticədə məğlub olduq”. Stadium.az xəbər verir ki, bu fikirləri pfckapaz.com-a açıqlamasında “Kəpəz”in yarımmüdafiəçisi Zaur Əsədov dilə gətirib. Komandanı meydana kapitan kimi çıxaran futbolçu daha sonra sözlərinə belə davam edib: “Digər matçlara baxanda, nisbətən yaxşı oynadığımızı deyə bilərəm. Amma uduzmuşuqsa, deməli, yenə istənilən kimi oynaya bilməmişik. Baş məşqçimiz rəqibin əks-hücumlarda daha yaxşı oynadığını bildirmişdi. Bunun qarşısını almalıydıq. Bakılıların sürətli oyunçuları var və onlar komandaya nəticə qazandırdılar”.

Əsədov AZAL-a qarşı görüşdə özünə yad olan mövqedə çıxış edib. Dayaq yarımmüdafiəçisi sağ cinahda mübarizə aparıb: “Mahmud müəllim yarımmüdafiənin cinahında oynamağımı istədi. Biz futbolçuyuq, harda tapşırırlarsa, orda da oynayırıq. Mən də imtina etmədim. Vaxtilə “Muğan”da həmin mövqedə çıxış etmişəm. Ona görə mənə yad mövqe deyil. Oyunumun necə alındığını, məşqçidən soruşsaz daha yaxşı olar. Mən bu barədə heç nə deyə bilmərəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail