“Ən pis halda çempionatı üçüncü yerdə başa vurmağı hədəfləyirik” Müsahibə

25.02.2013 | 3791 dəfə oxunub

"Simurq"un gənc üzvü Nicat Qurbanov klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

Artıq bir ildir ki, “Simurq”qa forma geyinirsən. Necə oldu ki, məhz bu komandanı seçdi?

- “Neftçi”nin əvəzedici heyətində oynayanda “Simurq”dan təklif gəldi. Premyer Liqada oynamaq istədiyimdən bunu qəbul etdim və qərar verdim ki, bu komandada forma geyinim. Çünki gənc bir futbolçu idim. İrəliyə doğru addım atmağın vaxtı idi. “Simurq”a keçdiyimə görə də peşman deyiləm. Hesab edirəm ki, düzgün qərar vermişəm. 

Bu sənin Zaqatala təmsilçisində keçirdiyin ikinci mövsümdür. Ötən ilki komanda ilə, bu günkündə hansısa fərq hiss edirsən?

- Ötən il qış fasiləsindən sonra “Simurq”un heyətinə qoşuldum. O zaman komandanın məqsədi Premyer Liqada qalmaq idisə, bu mövsümdə hədəflərimiz çox irəliləyib. Artıq Avroliqada ölkəmizi təmsil etmək üçün mübarizə aparırıq. Qarşımıza ilk “altılıq”a düşmək, daha sonra isə medallar uğrunda oynamaq məqsədi qoymuşuq. Artıq hədəfimizin ilkini həyata keçirmişik. Bu il hər kəsə gücümüzü göstərdik. Rəhbərliyində bu işdə komandaya böyük köməkliyi oldu. Heyətə yaxşı oyunçular qatdılar. Hərtərəfli bizə köməklik etdilər. Biz də bu əziyyətlərin yerdə qalmaması üçün tam gücümüzlə oynadıq və bu günkü nəticəyə nail olduq. İnşallah, növbəti hədəfimizidə reallaşdırarıq.

Ümumilikdə mövsümü necə dəyərləndirərdin?

- İlkin məqsəd olaraq qarşımıza ilk “altılıq”a düşməyi qoymuşduq. Artıq bunu həyata keçirmişik. Yeni hədəfimiz isə Avroliqada oynamaqdır. Bunun üçün bizi qarşıda güclü rəqiblərlə çətin oyunlar gözləyir. Hesab edirəm ki, biz buna da nail ola bilərik.

Bizdən başqa “altılıq”da mübarizə aparacaq dörd komanda artıq məlumdur. Səncə daha hansı kollektivlər burada oynamağa layiqdirlər?

- “Xəzər Lənkəran”, “Bakı” və AZAL-ın hələ oynayıb-oynamayacağı tam dəqiqləşməyib. Ancaq “Qəbələ” son turda qazandığı qələbə sayəsində buna nail oldu. Hesab edirəm ki, hər üç komandanın şansları var. Ancaq AZAL-ı xüsusən fərqləndirərdim. Düşünürəm ki, onlar buna daha çox layiqdir. Son turda hər şeyə aydınlıq gələcək.  

Son qarşılaşma haqqında fikirlərini bilmək istəyərdim. Oyundan əvvəl yayılan söz-söhbətlər sizə psixoloji təsir etmədi?

- Əlbəttə ki, görüşdən əvvəl mətbuatda çox fikirlər səsləndirilirdi. Bir çoxunu oxumuşdum. Yazılmışdı ki, “Simurq” oyunu verəcək”, “mübarizə aparmayacaq”. Ancaq biz çıxdıq və sübut etdik ki, bütün bunlar yalan informasiyadır. Əslində qalib gəlmək istəyirdik. Bunun üçün çox çalışdıq. Ancaq qismətdən qaçmaq olmaz. Qolsuz heç-heçə ilə meydandan ayrıldıq. Bu oyunda sübut etdik ki, danışılanların hamısı kimlərinsə uydurmalarıydı. “Simurq”da oynadığım dövrdə heç bir vaxt belə söhbətlər olmayıb. Ümüd edirəm ki, olmayacaqda. 

“Simurq” fasilədən sonra keçirdiyi üç rəsmi matçın heç birində qalib gələ bilməyib. Bu nəticəni nə ilə əlaqələndirirsən?

- Son oyunlarımız çox ciddi rəqiblərlə olub. Hamısı ilk “altılıq” uğrunda mübarizə aparan komandalar idi. “Neftçi” artıq bu işin öhdəsindən gəlməyi bacarmışdı. Çox güclü komandadır və çempionluğa ən real namizədlərdən biridir. AZAL və “Bakı” isə bizlə keçirdikləri oyunlar onlar üçün həyati önəm daşıyırdı. Ona görə də “Simurq”a qarşı tam gücləri ilə oynayırdılar. Çox gərgin qarşılaşmalar keçdi. Biz ilk “altılıq”da yerimizi tutduğumuzdan rahat idik. Onların isə son şansları idi. Bu səbəbdən mütləq xal qazanmalı idilər. Ancaq biz yalnız öz səhvlərimiz səbəbindən “Neftçi” ilə görüşdə məğlub olduq. Digərlərində isə iki xal toplaya bildik. Hesab edirəm ki, bu günkü nəticəmiz pis deyil.   

“Simurq”un ilk “altılıq” şanslarını necə dəyərləndirirsən?

- Növbəti aydan “altılıq” oyunlarına star veriləcək. Rəhbərlikdə qarşımıza hədəf qoyub. Ümüd edirəm ki, biz buna nail ola bilcəyik və Avroliqada ölkəmizi təmsil edəcəyik. Bu qədər əziyyət çəkmişik. Sonda “altılıq”ın sonuncu yerində olmaq istəmirik. Ən pis halda çempionatı üçüncü yerdə başa vurmağı hədəfləyirik.

Növbəti oynumuz ölkə kubokunda “Neftçi”lədir. Necə fikirləşirsən, biz ¼ final mərhələsin adlaya bilərikmi?

- Hesab edirəm ki, biz artıq “Neftçi”ni daha yaxşı tanıyırıq. İki həftə bundan qabaqda onlarla qarşılaşmışdıq və öz səhvləmizdən məğlub olduq. İnşallah, onları yaxşı təhlil edib, qalib gələrik. Şanlarımız yarı-yarıyadır. Hər şey meydançada həll olunacaq. İnaniram ki, “Simurq” bu oyunda da öz sözünü deyəcək. Təəssüflər olsun ki, icarə müqaviləsinin şərtlərinə görə, mən bu oyunda komandama kömək edə bilməyəcəm. Ancaq ürəyim uşaqlarla olacaq və mərhələ adlayan biz olarıq.

Komandamızın heyətində yığma komandanın üzvü olan futbolçulardan birisən. Həm əsas komandaya, həm də U-21-ə dəvət alırsan. Yığmada oynamaq necə bir hissdir?

- Fikrimcə, hər bir futbolçunun əsas məqsədlərindən biri ölkəsinin yığma komandasına dəvət olunmaqdır. Çünki millinin şərəfini qorumaq həqiqətən də, qürur verici bir hissdir. Elə meydana çıxıb, dövlətivin himnini oxumaq  futbolçuya yığmada oynamağın hansı məsuliyyətin verdiyini bir daha aşılayır. İnşallah, növbəti təlim-məşqlərə və oyunlara da dəvət olunaram. Futbolçu kimi mənə olan inamı doğruldaram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail