Kamanan: "Qol vururamsa, bu komandamın uğurudur"

24.02.2013 | 4078 dəfə oxunub

2012-2013 mövsümünə istənilən kimi start verməyən "Qəbələ"nin əsas qol silahlarından Yannik Kamanan 2013-cü ilə daha fəal başlayıb. Stadium.az xəbər verir ki, Antalya toplanışında əsl Kamananın geri dönməkdə olduğundan xəbər verən fransalı hücumçu son iki premyer liqa oyununu - "İnter" və "Xəzər-Lənkəran" qarşılaşmalarını 3 qolla tamamlayıb. Təsnifat mərhələsinin sonuna bir tur qalmış, qırmızı-qaraların ilk altılığa vəsiqə qazanması baxımından həlledici rol oynayan "Qəbələ" - ""Xəzər-Lənkəran" matçında dubla imza atmaqla Kamanan komandasının qələbəsində böyük pay sahibi oldu. Matçdan sonra gabalafc.az-la fikirlərini bölüşən forvard qələbənin komandanın əzmkarlığı sayəsində qazanıldığını bildirib:

"Maraqlı və gərgin oyun keçdi. Çətin oyun olacağını bilirdik. Hər iki komanda qələbə qazanmaq üçün meydançaya çıxmışdı. Amma ilk dəqiqəqədən rəqibin qapısına yol tapdıq və nəticədə vacib 3 xal qazandıq. 2 dəfə fərqləndim. Bu mənimçün sevindirici haldır. Amma bu təkcə mənim uğurum deyil. Bu gün komanda olaraq üstün mübarizə apardıq. Qol vururamsa, bu komanda yoldaşlarımın oyunu sayəsində baş tutur". 
Kamanan açıqlamasında gələcək hədəflərdən də danışıb:
"İlkin hədəfimiz ilk altılıqda yerimizi təmin etmək idi. Bunun öhdəsindən gəldik. Artıq əsas hədəfimiz barədə düşünürük. Cari mövsümün sonunda minimum medalçılar sırasına düşməliyik. Diqqətimizi eyni hədəfə yönəltmişik. Bu məqsədə nail olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail