"Simurq" "Neftçi" ilə oyuna hazırlaşır

24.02.2013 | 5342 dəfə oxunub

Topaz Premyer Liqasının XXI turu çərçivəsində "Bakı"yla doğma arenada qolsuz heç-heçə edən "Simurq" hazırlıqlara ara vermədən start verib. Stadium.az xəbər verir ki, fevralın 27-də Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"ni qonaq edəcək komanda dünən bir məşqə çıxıb. Paytaxt təmsilçisi ilə görüşdə zədə səbəbindən forma geyinə bilməyən kapitan Rasim Ramaldanov, artıq komanda ilə birlikdə çalışmalara başlayıb. Stepan Polyak isə zədəsini tam sağalda bilmədiyindən dünən də istirahət edib. 

Səhər saatlarında baş tutan hazırlığda futbolçular iki qrupa bölünüb. Start heyətdə meydana çıxan oyunçular uzun məsafəli qaçışdan sonra isinmə hərəkətləri ilə məşqi tamamlayıb. Digərləri isə onlardan fərqli olaraq iki qrupa bölünərək "kvadrat" oynayıb. Sonda isə ikitərəfli oyunla məşqi tamamlayaraq istirahətə çəkiliblər.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail